Əsla zibilə atmayın - Albalı saplağının faydaları


Albalı saplaqlarından necə istifadə olunur?

esla-zibile-atmayin
24.06.2022 23:15 2 dəq oxuma

Çiyələkdən sonra bazarlarda gözləri oxşayan albalının özü kimi saplağı da çox faydalıdır.

TurpKimi.com bildirir ki, albalını yeyərkən saplaqlarını saxlayıb evdə quruda və albalı çayınızı hazırlaya bilərsiniz. Faydalarına gəldikdə isə:

  1. Albalı saplağının çayı metabolizmanı sürətləndirir. Bu, daha asan şəkildə yağların yandırılması deməkdir. Bundan başqa, bədəndəki şişkinliyi də azaldır. Hər gün davamlı bir fincan albalı saplağı çayı içərək arıqlamanıza kömək ola bilərsiniz.
  2. Antioksidant xüsusiyyətə malikdir. Həzm sistemini tarazlayır və yeməklərdən sonra həzmsizlik problemi yaşamağa imkan vermir.
  3. Böyrəklərin sağlam şəkildə işləməsinə kömək edir. Daş və qumun yaranmasına mane olur.
  4. Xolesterolu və qan şəkərini tarazlayır.
  5. Bədəndən sidik turşusu və sidiyin atılmasına kömək edir. Bunun sayəsində revmatizma xəstəliyinin yaratdığı mənfi təsirləri azaldır.
  6. Gün ərzində çoxlu dərman içirsinizsə, albalı saplağı çayı içməyiniz məsləhətlidir. Bununla qara ciyərdəki yük yüngülləşəcək.
  7. Siqaret çəkənlərə də bu çayı içmək məsləhətlidir. Orqanizmdəki nikotinin miqdarını və mənfi təsirlərini azaldır.
  8. Sakitləşdirici təsiri var.
  9. Susuzluğu aparır. Xüsusilə də Ramazan aylarında sahurda içilsə, gün ərzində suya olan ehtiyacı azaldır.
  10. Prostatında şikayəti olanların içməsində böyük fayda var.
  11. Qəbzlik problemi varsa, həll edir. Bağırsaqları işlədir və həzmi asanlaşdırır.
  12. Aybaşı sancılarına yaxşı təsir edir. Sancı və ağrıları yüngülləşdirir.
  13. Orqanizmdəki qanı təmizləyir və anemiya riskini aşağı salır.

Albalı saplaqlarından necə istifadə olunur?

Albalını saplaqlarından ayırdıqdan sonra bir müddət suda saxlayın. Yaxşıca təmizləndikdən sonra qurulayın və təmiz yerdə sərib qurudun. Günəşin olmadığı yerdə 3-4 gün qalan albalı saplaqları quruduqdan sonra istifadə oluna bilər. Aromalı effektini ortaya çıxarmaq üçün albalının saplaqlarını doğrayıcıda xırdalaya bilərsiniz.

ALBALI SAPLAĞINDAN ÇAY

1-2 qaşıq qurudulmuş albalı saplağı 5-10 dəqiqə 500 ml qaynar suya əlavə edilir və gözlədilir. Orqanizmdəki toksinlərin daha sağlam atılması üçün ya hər səhər və ya axşam, ya da yemək arası içilməlidir.

Firuzə Alimova / TurpKimi.com

03-06-2021