Tozuyla masaj edənlər estetik əməliyyata ehtiyac duymaz...
Sizi estetik əməliyyat etdirmək fikrini beyninizdən siləcək alternativ tibbin möcuzəsi ilə tanış edirik.
TurpKimi.com Türkiyə mediasına istinadla xəbər verir ki, etrogenlə zəngin olan çəmən otu və ya samanlıq güldəfnəsinin toxumları toz şəklinə gətirildikdən sonra süd vəzlərinə masaj edilərək sürtüldükdə gözlə görüləcək dərəcədə dəyişiklik yaradacaq.
Bu bitkinin toxumları hər zaman toz şəklinə gətirilərək mətbəxtdə ədviyyat kimi istifadə edilir. Hələ bizim eradan 4 min əvvəl Misirdə ölüləri mumyalamaq üçün istifadə edilərmiş. Həzmsizliyə, aybaşı ağrılarına, yeni saçların çıxmasına, əmizdirmə dövründə südün çoxalmasına, bronxitdən tutmuş bir çox problemlərə mükəmməl çarədir.
MASAJ...
Qadın hormonu olan estrogenlər sinənin böyüməsinə dəstək olur. Yetkinlik və hamiləlik dövründə məhz bu hormonların sayəsində süd vəzlərinin böyüməsi təmin edilir.
Diqqət çəkən ən vacib xüsusiyyəti isə estrogenlə zəngin olmasıdır. Odur ki, süd vəzlərini əməliyyat etdirərək böyütmək istəyənlər bu bitkidən istifadə etməklə fikrindən daşına bilər. Toxumunun tozuyla davamlı masaj edildikdə əhəmiyyətli dərəcədə fərqlilik hiss olunacaq. Çünki süd vəzinin toxumaları bitki mənşəli kimyəvi maddələri müəyyən nisbətdə əmir.
Faydalarına gəldikdə, çəmən otunun toxumlarındakı suda həll olunan liflər arıqlamağa kömək edir, toxluq hissini, iştahı artırır.
Liflə zəngin olan bu toxumlar bağırsaqların florasını təmiz saxlayır, xərçəng riskini azaldır.
Tərkibindəki antioksidant və vitaminlər dəri problemləri ilə mübarizə aparmağa kömək edir.
Davamlı istifadə etdikdə faydalı xolesterolun səviyyəsini artırır, pis xolesterolun və triqliseridin səviyyəsini aşağı salır.
Aşağı olan testosteron və sperma səviyyələrini artırmağa kömək edir.
Ana südünü artıraraq axınını asanlaşdırır.
Firuzə Alimova / TurpKimi.com