Əti kartof, makaron və çörəklə yemək ZİYANDIR


Çox yerdə təqdim edilən yanlış qidalanma...

eti-kartof-makaron-ve-corekle-yemek-ziyandir
30.10.2025 00:35 1 dəq oxuma

Diyetoloq Viktoriya Qovoruşko kartof və ya makaronla ət yeməyin narahatlıq yarada biləcəyini söyləyib.

TurpKimi.com xəbər verir ki, bu barədə o, “Radio 1”ə verdiyi açıqlamada danışıb. Bununla belə, o, ayrı yemək konsepsiyasının əsassız hesab edildiyini qeyd edib.

“Kartoflu ət, makaronlu ət və çörəkli ət tövsiyə edilmir. Və mənim təcrübəm göstərir ki, bir çox insan üçün bu, mədədə şişkinlik, narahatlıq və ağırlıq yaradır", - deyə Qovoruşko bildirib.

Diyetoloq insanları ayrı yemək konsepsiyasını təbliğ edənlərin vədlərinə etibar etməməyə çağırıb. O, orqanizmin reaksiyalarını izləməyi və ona uyğun qida kombinasiyalarını seçməyi məsləhət görüb.

Firuzə Alimova / TURPKİMİ.COM