Ətirin qoxusunu uzun müddət saxlamaq qaydaları 


Gün ərzində istifadə etdiyiniz ətirin qoxusunun bədəndə qalıcı olmağı üçün 3 əsas şərtə əməl etməkdə fayda var. 

etirin-qoxusunu-uzun-muddet-saxlamaq-qaydalari
30.06.2022 13:59 1 dəq oxuma

TurpKimi.com oxucuları üçün bəzi ipucları haqda yazacaq. 

1) Ətiri birbaşa bədəninizə püskürdün

Ətiri birbaşa paltarlarınızın üstünə sıxsanız tərlədiyinizdə tər ilə ətir qarışacaq və pis qoxu vermənizə səbəb olacaq. Ona görə də  duşdan sonra və geyinməzdən əvvəl birbaşa bədəninizə püskürdün. Beləcə bədəninizdəki nəm qoxunu özündə saxlayacaq,  həm də paltarlarınızda  iz buraxmayacaq.

2) Biləklərinizi ovxalamayın

Ətiri sıxdıqdan sonra biləklərinizi bir-birinə sürtmək  edilən ən böyük səhvlərdən biridir. Biləklərinizi sürtdükdə tam əksinə qoxunun daha tez uçmasına səbəb olursunuz. 

3) Qoxunu vazelin ilə daha çox saxlayın

Bir qabda vazelin və ətiri qarışdırıb yanınızda gəzdirə bilərsiniz və ya nəbz atan hissələrə  ətiri sıxmazdan əvvəl vazelin sürtün və sonra ətir püskürdün. Vazelin qoxunu dərinizdə quru bədənə nisbətən  daha çox saxlayacaqdır. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com