Ətrin saxta olduğunu necə anlamaq olar? - Gözlə görülən İPUCLARI


Bundan sonra sizə saxta ətir sata bilməyəcəklər.

etrin-saxta-oldugunu-nece-anlamaq-olar
23.12.2021 15:32 2 dəq oxuma

Original və saxta ətir arasında diqqətə çarpacaq dərəcədə fərqlər vardır. Saxta, yəni sağlamlığa zərərli olan ətirlər hər birimizin səhhətini təhlükə altında qoyur. İrlandiya və İngiltərə alimlərinin araşdırmasına görə, saxta parfümlərin içərisində sidiyin PH stabilizatoruna rast gəlinib.

Odur ki ətirin qablaşmasına, seriya nömrəsinə, qoxu performansına və qapağının dizaynına baxaraq onun həqiqi ətir olub-olmadığını anlaya bilərsiniz. Sadalayacağımız nüanslara diqqət edərək gerçək ətirlə, təqlid edilmiş ətiri rahat şəkildə ayırd edə biləcəksiniz.

Saxta ətir necə anlaşılır?

-  Saxta ətirlə gerçək ətir arasındakı ən sadə fərq ətirin ilk dəfə sıxılmasıdır. Belə ki gerçək parfümü ilk dəfə sıxarkən, saxta parfümü isə bir neçə dəfə sıxandan sonra ətir tökülür.

-  Original ətirlərin qutularında parfüm şüşəsinin sınmaması üçün kartondan qoruyucu vardır. Saxta parfümlər isə adi kağızla qablaşdırılır.

- Gerçək ətrin şüşə qabı hər zaman qüsursuz istehsal edilir. Şəkildən də göründüyü kimi original və saxta ətir şüşələrindəki fərq onların birləşmə yerlərindən asanlıqla anlaşılır.

-  Saxta ətirlərin qablaşmaları üzərindəki yazılar qarışıq və səliqəsiz olur. Lakin original ətirlərin qablaşmalarındakı yazılar qüsursuzdur.

-  Ətri ilk dəfə sıxandan sonra odekolon və ya spirt iyi gəlirsə, demək saxtadır.

-  Original parfümlərin şüşəsində və qutusunun üzərində seriya nömrəsi yazılır. Saxta parfümlərdə isə sadəcə qutuda seriya nömrəsi yer alır, yaxud heç bir yerində seriya nömrəsi olmur.

- Original parfümün qapağı simmetrik dizayna sahibdir. Çox çətinliklə ayırd edilə bilən qapağın simmetriyası ətrin şüşəsinə baxıldıqda müəyyən olur.

-  Gerçək parfümün qablaşmasındakı heç bir detalda qüsur olmur. Saxta parfümlərdə isə gözlə görünəcək dərəcədə xətalar və keyfiyyətsiz görüntü olur.

-  Saxta parfümün rəngi original parfümlərdən daha fərqli olur. Adətən originala yaxın rəng tonları seçilir.

- Şəkildəki parfüm şüşələrinin içindəki nazik və kiçik borulara diqqət yetirin. Soldakı şüşənin borusu qabın dibinə heç dəymədiyi halda, sağdakı, yəni saxta ətirin borusu həddindən artıq uzun olduğu üçün şüşə qabın içərisində burulub qalıb. 

-         Bu şəklə də diqqət yetirin, dairənin içərisində olan ox işarələri saxta ətirdə tam əksinə göstərilib.

-  Parfümün qutusunun üzərindəki paket şəffaf olmalıdır.

- Original parfümlərdə şəffaf paket qalın olub heç bir əzilmə, burulma olmadan qutunun üzərini örtür.

-         Saxta parfümlərin şüşə qablarının dizaynı originallara bənzədilməyə çalışılsa da, ancaq diqqətlə baxıldıqda aralarındakı fərq dərhal seçilir.

P.S.: Ən gözəl ətrin Sizə məxsus olduğunu unutmayın

Yazılıb: 10.07.2019-cu il

Firuzə Alimova / TurpKimi.com