Ev heyvanları insanlar arasındakı münasibətləri möhkəmləndirir


Siz yazılanlar haqda nə düşünürsünüz?

ev-heyvanlari-insanlar-arasindaki-munasibetleri-mohkemlendirir
01.03.2022 14:55 1 dəq oxuma

Çoxları ev heyvanlarını ailənin bir üzvləri kimi qəbul edirlər. Bu canlılar həqiqətən də çətin anda dəstək verə və stresdən qurtulmağa kömək edə bilər.

Ancaq bu, heç də hamısı deyil. Elmi araşdırmalar göstərir ki, ev heyvanları sahiblərinə digər insanlarla münasibət qurmağa, başqaları ilə ünsiyyətlərini daha etibarlı etməyə kömək edə bilər.

Son araşdırmalar göstərir ki, əgər ailədə it varsa, o zaman uşaqlarda sosial bacarıqlar və emosional intellekt, empatiya daha yaxşı inkişaf edir.

Bundan əlavə, heyvanlar sahiblərinə qonşuları ilə etibarlı münasibətlər qurmağa kömək edir. Belə ki, qonşular səyahətə çıxdıqda evdə qalan heyvanlarına qulluq etmək üçün bir-birlərinə müraciət edirlər.

Mənbə: perfekt.ru / Oxu.az