Hazır satılan diş məcunlarının tərkibində olan təhlükəli kimyəvi maddələrdən yəqin ki, xəbərdarsız.
Ağız sağlamlığımızı qorumaq istəyərkən az qala bütün həyatımızdan oluruq.
Diş məcunlarında olan təhlükəli kimyəvi maddələr insan sağlamlığı üçün çox ziyanlıdır.
Turpkimi.com ev şəaritində təbii və qatqısız diş məcunu hazırlama qaydasını təqdim edir:
Ağız və diş sağlamlığının pozulması ürək, böyrək və revmatizm kimi xəstəliklərin yaranmasına səbəb olur. Buna görə də dişləri nizamlı olaraq fırçalamaq lazımdır.
İnsan sağlamlığı üçün heç bir təhlükə törətməyən faydalı diş pastası məcunu üçün elə də çox şey lazım deyil.
Ləvazimatlar:
- 45 milliqram yemək sodası
- 15 milliqram incə dənəli süfrə duzu
- 20 milliqram qliserin (Apteklərdə tapa bilərsiniz)
- 10-12 damla dadlandırıcı (Nanə şəkəri, ya da darçın)
- 1-2 damcı su
Hamısını qarışdırıb fırçanıza sürtün və dişlərinizi fırçalayın.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 08-09-2021