Ev şəraitində dondurma reseptləri - Yayın dadını çıxardacaqsız


Dondurma yayda sizi sərinlədəcək ağla gələn ilk  məzədir. 

ev-seraitinde-dondurma-reseptleri
21.06.2023 21:38 3 dəq oxuma

Mağazalarda satılan dondurmaların tərkibinə kifayət qədər qatqı maddələri vurulur. Bu da orqanizmə çox zərər verir. 

Özünüz, ev şəraitində yayda asan tapılan meyvələrlə ləzzətli dondurma hazırlaya bilərsiz.

 TurpKimi.com müxtəlif çeşiddə 4 dondurma reseptini sizlərlə bölüşür:

Dondurma şounuzu göstərməyə hazır olun!

Bananlı Dondurma

Ərzaqlar:

3 yetişmiş banan
1 su stəkanı süd (istəyə bağlı olaraq badam və ya hind qozu südü də istifadə edə bilərsiniz)
2 yemək qaşığı bal və ya ağcaqayın siropu (istəyə bağlı)
1 çay qaşığı vanil və ya vanil ekstraktı (istəyə bağlı)

Hazırlanması:

Bananları dilimləyin və dondurucuya qoyun. Ən azı 4 saat və ya tamamilə donana qədər gözləyin.

Dondurucudan çıxardığınız banan dilimlərini blenderdən keçirdin. 

Südü, balı və ya ağcaqayın siropunu və vanili əlavə edin.

Qarışığı hamar forma alana qədər blenderdə yaxşıca qarışdırın.

Hazırladığınız qarışığı dondurucuda 1-2 saat daha dondurun və ya dərhal servis edin.

Şokoladlı Dondurma

Ərzaqlar:

2 su stəkanı krem-qaymaq
1 su stəkanı süd
1/2 su stəkanı şəkər  tozu
1/4 su stəkanı kakao
1 çay qaşığı vanil ekstraktı, ya da vanil

Hazırlanması:

Bir qazanda krem-qaymağı, südü, şəkər tozunu və kakaonu qarışdıraraq isidin.

Qarışıq qaynamadan ocaqdan götürün və vanil ekstraktı əlavə edin. Yaxşıca qarışdırın.

Qarışığı qaba tökün və otaq temperaturuna gələnə qədər soyudun.

Soyuyan qarışığı dondurucuda 1 saat dondurun.

Dondurucudan çıxardığınız qarışığı qarışdırın və təkrar dondurucuya qoyun. Bu əməliyyatı 2-3 dəfə təkrarlayın.

Dondurma istədiyiniz formaya  gələnə qədər dondurucuda gözlədin və ya dərhal servis  edin.

Moruqlu, Böyürtkənli Qatıq Dondurması

Ərzaqlar:

2 su stəkanı qatıq (camış qatığı olsa dha yaxşıdır)
1 su stəkanı donmuş moruq və ya böyürtkən
1/2 su stəkanı şəkər tozu  (istəyə bağlı)
1 çay qaşığı vanil ekstraktı və y vanil (istəyə bağlı)

Hazırlanması:

Qatığı, dondurulmuş giləmeyvələri, şəkər tozu və vanili blenderdən keçirdin. 

Qarışığı hamar forma əldə edənə qədər blenderdə qarışdırın.
Hazırladığınız qarışığı dərin bir qaba tökün və dondurucuda 2-3 saat dondurun.
Dondurucudan çıxardıqdan sonra qarışığı qarışdırın və təkrar dondurucuya qoyun. Bu əməliyyatı 2-3 dəfə təkrarlayın.

Dondurma istədiyinizformaya gələnə qədər dondurucuda gözlədin və ya dərhal servis edin.

Limonlu Nanəli Dondurma

Ərzaqlar:

2 su stəkanı krem-qaymaq
1 su stəkanı süd
3/4 su stəkanı toz şəkər
1/4 su stəkanı təzə limon suyu
2 yemək qaşığı təzə limon qabığı rəndəsi
1/4 su stəkanı təzə nanə yarpaqları (istəyə bağlı)

Hazırlanması:

Bir qazanda kremi, südü və şəkər  tozunu qarışdıraraq isidin.

Qarışıq qaynamadan ocaqdan götürün. Limon suyu, limon qabığı rəndəsi və təzə nanə yarpaqlarını əlavə edin. Yaxşıca qarışdırın.

Qarışığı bir qaba tökün və otaq temperaturuna  gələnə qədər soyudun.

Soyuyan qarışığı dondurucuda 1 saat dondurun.

Dondurucudan çıxardığınız qarışığı qarışdırın və təkrar dondurucuya qoyun. Bu əməliyyatı 2-3 dəfə təkrarlayın.

Dondurma istədiyiniz formaya gələnə qədər dondurucuda gözlədin və ya dərhal servis edin.

Bu reseptlər ləzzətli dondurma hazırlamaq üçün sadəcə başlanğıcdır. Meyvələri dəyişdirərək fərqli dada malik təbii dondurma hazırlaya bilərsiniz. 

Vüsalə Əlövsətqızı,  TurpKimi.com