Ev şəraitində pendir mayası hazırlayırıq


Evdə sağlam və qatqısız pendir mayası hazırlamaq qaydası

ev-seraitinde-pendir-mayasi-hazirlayiriq
18.07.2024 00:31 2 dəq oxuma

Ev şəraitində təbii və keyfiyyətli pendir mayası hazırlamaq əslində çox sadədir. Keçmişdə nənələrimiz ləziz pendiri özləri hazırladıqları üsulla mayalayardılar. Bunlardan birinin sirrini açıqlayırıq. 

Pendir mayası südü laxtalandıraraq pendir istehsalında istifadə edilən ən əhəmiyyətli komponentdir. Təbii pendir mayası evdə də hazırlana bilər və bu üsulla tamamilə qatqısız, sağlam  pendir mayası əldə edilər. 

TurpKimi.com bunun üçün lazım olan vəsaitləri açıqlayır. 

2 ədəd quzu qursağı (quzunun 4-cü mədəsi,  sürüşkən olan)
1 litr içməli su
1 yemək qaşığı qaya duzu
1 çay qaşığı limon suyu (istəyə bağlı)
1 çay qaşığı sirkə (istəyə bağlı)

Hazırlıq Mərhələsi:

Quzu qursağını yaxşıca təmizləyin. İçində heç bir qalıq qalmasın,  bol su ilə yuyun və artıq yağlarını təmizləyin.

Qursağın qurudulma prosesi

Təmizlənən qursaqları duzlayın və  bir ip köməyilə asaraq qurudun. Günəş görməyən, sərin və havalı  bir yerdə 10-15 günə qədər gözlədin.

Mayalama Suyunun Hazırlanması:

Quruyan qursaqları kiçik parçalara ayırın.

Dərin bir  qaba 1 litr içməli su tökün və içinə parçaladığınız qursaqları əlavə edin.
Qaya duzunu da əlavə edərək yaxşıca qarışdırın.

Qarışığı sərin bir yerdə, qapağı bağlı şəkildə  1 həftə gözlədin. Bu müddət içində hər gün qarışdırın.

Mayalama prosesi 

1 həftə gözlədilən qarışığı süzgəc və ya bezlə süzərək qursaq parçalarını çıxardın.
Süzülən maye  pendir mayası kimi istifadə ediləcək.

İstifadə və saxlama qaydası

Əldə edilən mayanı şüşə bankaya qoyun və soyuducuda saxlayın.

Mayanın təzəliyini qorumaq üçün hər istifadə edəndə çalxalayın və istifadə edəcəyiniz miqdarı ayırın.
Mayanı 3 ay ərzində istifadə edə bilərsiniz. Uzun müddət saxlamaq üçün hər istifadədən sonra bir çay qaşığı limon suyu və ya sirkə əlavə edə bilərsiniz.

Pendirin mayalanması

Südü Hazırlama Qaydası:

Təzə südü isidərək ilıq hala gətirin (təxminən 30-35°C).

Hazırladığınız pendir mayasından 1 çay qaşığı südə əlavə edin və yaxşıca qarışdırın.
Qarışığı otaq temperaturunda 1-2 saat gözlədin. Bu müddət ərzində süd laxtalanacaq.

Laxtanın Kəsilməsi:

Laxtalanan südü bıçaqla kvadrat şəklində kəsin və təxminən 30 dəqiqə daha gözlədin.

Laxtalanan qarışığı cuna bezin köməyi ilə süzün və süzülən pendir altı suyunu bir kənara ayırın.
Bezdəki laxtanı sıxaraq suyunu çıxardın və istədiyiniz şəkildə pendir qəlibinə yerləşdirin.

Pendirinizi sərin bir yerdə 1-2 gün gözlədin. Bu müddətdə pendir sərtləşəcək və yetkinləşəcək.

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com