Qab-qacaq yumaq üçün vasitəniz bitdisə kədərlənməyin. Xüsusilə qabyuyan maşınlardan istifadə edənlər üçün ev şəraitində yuyucu maye hazırlayırıq.
Mətbəxinizdə olan bu üç maddə ilə "ev istehsalı yuyucuya" sahib ola bilərsiniz. Ehtiyacınız olanlar soda, qab-qacaq sabunu və duz.
TurpKimi.com hazırlanma qaydasını təqdim edir:
İlk olaraq çirkli qab-qacaqlarınızı maşınınıza yerləşdirin.
Sonra 3 damla qab-qacaq üçün maye sabunu maşınınızın yuyucu bölməsinə əlavə edin.
Yuyucu bölməsinin üçdə ikisini dolduracaq şəkildə soda, ya da sodalı yuyucu toz əlavə edin.
Bölməni dolduracaq qədər duz əlavə edin.
Qabyuyan maşınınızı "normal" nizamda işlədin.
Yuma bitdikdə hər hansı bir daşma olmur. Qablar tər-təmiz olur.
Vüsalə Əlövsətqızı, TurpKimi.com