Simiti ən çox uşaqlar sevir.
TurpKimi.com ev şəraitində simit hazırlamaq haqda yazacaq. Budan sonra heç yerdən simit almayacaqsız.
Lazım olan ərzaqlar:
750 qr un
37 qr şəkər tozu
22 qr duz
37 qr yaş maya
75 ml duru yağ
420 ml su
1 su stəkanı bəkməz
3 su stəkanı su
2 su stəkanı küncüt
Hazırlanması:
Bir qabda yaş maya, su və duru yağ qarışdırılır. Dərin bir qaba un, duz, şəkər və qarışdırdığımız kütləni də əlavə edib, xəmir yoğururuq. Üzərinə nəmli və təmiz bir bez örtüb mayalanmasını gözləyirik.
Xəmir təxminən iki dəfə şişəndə kündələrə ayırırıq. Uzunununa kündələyib buraraq tərs üzün üstə qoyuruq. Simit forması veririk.
Bəkməzi su ilə açırıq. Simit mayalandıqdan sonra bəkməzə salıb küncütə batırırıq. Əvvəlcədən isidilmiş 165 dərəcə sobada 12-15 dəqiqə bişiririk.
Bişirməzdən əvvəl soba nimçəsində mayalandırın.
Nuş olsun!