Orqanizmin müdafiə gücünü zəiflədən əsl səbəb...
Faydalı və sağlam qidalanmanın təməlində duran süd məhsulları çox yeyilməlidi. Lakin bu məhsulların qablaşdırılmış və açıq şəkildə satılan növləri var. Düzdü, qablaşdırılmış olanlarını istənilən yerdən əldə etmək asandır. Bəs faydası varmı? Bu barədə onkoloqlar xəbərdarlıq edir.
TurpKimi.com-un türk mediasından əldə etdiyi məlumata görə, ev qatığı hər zaman faydalıdır və sağlamlığımızın qorunması üçün yeyilməsi mütləqdir. Xüsusilə də mədə-bağırsaq xəstəliklərinə müsbət təsir edir.
Mütəxəssislər bildirir ki, faydalı qatığın hazırlanması üçün yaxşı süd olmalıdır. Yaxşı süd isə açıq şəkildə satılan süddür. Marketlərdən pasterizə olunmuş süd ala bilərsiniz, amma onların hamısı müəyyən proseslərdən keçir. Bu zaman südün yağı alınır və homogen hala gəlir. Nəticədə bu süddən alınan qatıq dəyərini və faydasını itirmiş olur.
Havanın istiliyi və heyvanın yediyi yemdən asılı olaraq qatığın tərkibi, dadı və keyfiyyəti dəyişə bilər. Evdə hazırlanan qatıq sulanır və suyu da faydalıdır. Turşutsanız şor pendiri alınacaq. Qatığın uşaqlar üçün şirini, böyüklər üçün turş olanı daha gözəldi.
Mütəxəssislər qeyd edir ki, marketlərdə satılan qablaşdırılmış süd məhsulları homogenizasiya prosesindən keçmək məcburiyyətində qalır. Buna səbəb məhsul satılmadıqda uzun müddət marketdə saxlana bilsin. Əgər açıq şəkildə qatıq satan birisini tanıyırsınızsa, qorxmadan ala bilərsiniz. Çünki qatığın içərisində bakteriyalar yaranmaz. Onsuz da qatıq öz-özünə də yarana bilən bir qidadır. Lakin marketdən aldığınız ayran, qatıq və qablaşdırılmış digər süd məhsulları ilə təəssüf ki, orqanizminizin əskiklərini bərpa etmək mümkün olmayacaq.
Adətən, insanlar xəstəliyə tutulanda “içinə bir şey qatırlar” deyə söz-söhbət etməyə başlayırlar. Xeyr, içinə heç nə qatılmır. Lazım olan dəyərli komponentlər içindən götürülür ki, xarab olmasın. Bunun da orqanizmə heç bir faydası olmur. Xəstəliklər qatıq və ya hər hansı kimyəvi maddənin çoxluğundan meydana gəlməz. Orqanizmin müdafiə gücü zəiflədisə, bütün sistem çökür. Bu zaman xəstəliklər baş qaldırır. Ona görə də orqanizmin müdafiə gücünü artırmaq istəyirsinizsə, qatıq yeyin.
Hər gün davamlı olaraq yeyilsə, immun sisteminin güclənməsindən bağırsaqların sağlamlığna, piylərin əriməsinə, şirniyyat istəyinin azalmasına kimi orqanizminiz üçün bir çox faydaları var. Böyüklər gündə bir kasa, uşaqlar isə 6 xörək qaşığı ev qatığı yeməlidir.
Firuzə Alimova / TurpKimi.com