Türkiyə mətbəxinin sevimli yeməklərindən olan lahmacunu sevməyən tapılmaz.
Lahmacun yayılmış xəmirin üzərinə qiymə, cəfəri, soğan, sarımsaq, bibər, istiot kimi ədviyyatlarla hazırlanmış içlik sürtüldükdən sonra daş sobada bişirilən Orta Şərq mətbəxinə aid bir növ içlikli pidədir. Lahmacunu üzərinə göyərti, pomidor, soğan kimi tərəvəzlərlə bəzəyib və seçimə görə limon sıxaraq istehlak edirlər.
Çöldə sevilə-sevilə yeyilən lahmacunu evdə də asanlıqla hazırlamaq mümkündür.
TurpKimi.com elə türk aşbazlarının dilindən evdə 8 nəfərlik lahmacun hazırlamaq üçün lazım olanların siyahısını təqdim edir:
Ərzaqlar:
2 su stəkanı un
1 kiçik çay qaşığı quru maya
1.5 su stəkanı su
1 yemək qaşığı zeytun yağı
1 çay qaşığı duz
Qiymə üçün;
500 qr yağlı qiymə (qoyun və ya dana əti)
2 ədəd yaşıl bibər
100 qr quyruq yağı
1 yemək qaşığı pomidor tomatı
1 yemək qaşığı bibər tomatı
2 ədəd qırmızı bibər
1 dəstə cəfəri
1 ədəd pomidor
4 diş sarımsaq
Sumax
Pul bibər, istiot
Cirə toxumu (kimyon)
Duz
Bişəndən sonra limon, cəfəri və ya başqa göyərti, tərəvəzlərlə birlikdə süfrəyə verə bilərsiz.
Hazırlanması:
Xəmiri üçün 4 su stəkanı unu ələyərək bir qaba əlavə edin. Üzərinə quru maya, zeytun yağı və duz əlavə edin.
Qarışığın içərisinə az-az ilıq su əlavə edin və ələ yapışmayan xəmir yoğurun.
Hazırladığınız xəmirin üzərini nəmli bir bezlə örtün və kənara qoyun.
İçlik üçün quyruq yağı və qiymə xaric bütün vəsaitləri mətbəx robotundan keçirdin və ədviyyatları əlavə edin.
Qarışığın içərisinə incə çəkilmiş quyruq yağı və qiyməni əlavə edərək yoğurun.
Xəmiri bərabər hissələrə bölün və oxlov ilə açın.
Açdığınız xəmirlərin üzərinə qiyməli içlikdən əlavə edin və hər tərəfə yayın.
Yağlı kağız sərilmiş soba nimçəsinə lahmacunları düzün. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə lahmacunları qızarana qədər bişirin.
Lahmacunları istədiyiniz şəkildə bəzəyərək isti halda servis edin.
Nuş olsun!
Vüsalə Əlövsətqızı, TurpKimi.com
31-01-23