Evdə ekler hazırlamaq qaydası 


Fransanın ləziz şirniyyatlarından biri olan ekleri ev şəraitində də hazırlaya bilərsiniz. 

evde-ekler-hazirlamaq-qaydasi
01.05.2024 23:44 2 dəq oxuma

Xüsusilə çay süfrənizi unudulmaz ləzzətli şirniyyatlarla dadlanıdrmaq istəyənlər üçün kiçik bir ipucu verəcəyik. 

Turpkimi.com ekler reseptini oxucuları ilə bölüşür:

Xəmir üçün:

1 su stəkanı su
1/2 su stəkanı kərə yağı və ya marqarin
1/4 şirni qaşığı duz
1 su stəkanı un
4 ədəd  yumurta

Krem üçün:

2 su stəkanı süd
2 ədəd yumurta
1/2 su stəkanı  şəkər tozu
2 yemək qaşığı qarğıdalı nişastası
1 yemək qaşığı un
1 şirni qaşığı vanil 

Üzəri üçün:

Yarım su stəkanı şokolad sousu (istəyə bağlı)
Pudra şəkəri (üzəri üçün)

Hazırlanması:

Əvvəlcə xəmir üçün suyu, yağı və duzu bir qazanda qaynadın.
Qaynamağa başladıqdan sonra unu əlavə edin və zəif yanan odda qarışdıraraq xəmirin toparlayın. Bu mərhələdə xəmirin qazana yapışmamasına diqqət yetirin.

Xəmir bir az soyuduqdan sonra bir-bir yumurtaları əlavə edərək yaxşıca qarışdırın. Hər yumurta əlavə etdikdən sonra xəmiri yaxşıca qarışdırın və yumşaq, amma yapışqan olmasını təmin edin.

Hazırladığınız xəmiri sıxma torbasına doldurun və yağlı kağız sərdiyiniz soba nimçəsinə barmaq şəkli verərək tökün.

Əvvəlcədən isidilmiş 200 dərəcə sobada təxminən 20-25 dəqiqə üzü qızaranadək bişirin. 

Krem üçün; bir qazanda südü qaynadın. Ayrı bir qabda yumurta, şəkər,  nişasta və unu yaxşıca çırpın.

Qaynamaqda olan süddən bir az götürüb, yumurtalı qarışığa əlavə edərək qarışdırın. Qarışığı qazana tökün və zəif odda rəngi tündləşənədək bişirin. Vanilin  əlavə edin və ocaqdan götürün. 

Bişən eklerləri ortadan çərtin və içini hazırladığınız kremlə doldurun.

Üzərlərinə şokolad sousu və ya pudra şəkəri səpərək servis edin.

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com