Evdə hazırlaya biləcəyiniz - Coca Cola


Tərkibi faydalı olan içki...

evde-hazirlaya-bileceyiniz
28.08.2019 14:33 1 dəq oxuma

Təəccüblənə bilərsiniz, amma həqiqətən də evdə asanlıqla dünyanın ən çox içilən içkisini hazırlaya bilərsiniz. Həm də bu içkini uşaqlarınıza daha sağlam, faydalı və qatqısız şəkildə verə biləcəksiniz.

Ümumiyyətlə, faydalı olub-olmadığı haqda müzakirələr gedən "Coca-Cola"nı ürəyinizi rahatladan reseptlə hazırlayıb içmək mümkündür. Bunun üçün lazım olan vasitələr:

- biyan kökü

- ¼ limon suyu

- kəklikotu suyu

- 1 çay qaşığı soda

- 1 çay qaşığı vanilin

- 2 butulka qazlı su

- bir çimdik duz

Hazırlanması:

Biyan kökünü qazana atın və üzərinə 1 litr su əlavə edin. Bir gün qazanın qapağını bağlı şəkildə saxlayın. Sonra biyan kökünün suyunu süzün. Süzülən suya soda, kəklikotu suyu, limon suyu, vanilin və duz əlavə edib qarışdırın. Əldə etdiyiniz qarışımı soyuducuya qoyun. Nuş olsun!

Firuzə Alimova / TurpKimi.com