Dərinizi Günəşin mənfi təsirlərindən qoruyan və qidalandıran təbii vasitələr...
Günəş şüalarının mənfi təsirlərinə məruz qalan dəri müxtəlif problemlərin yaşanmasına yol açır. Bunlar arasında ən çox yayılanı ləkə, qırış və tez qocalmanın yaranmasına səbəb olan göstəricilərdir. Günəşdə olan ultrabənövşəyi şüalar dəridə bərpa olunmayan hüceyrə zədələnmələrinə sbəb olur və müəyyən müddətdən sonra dəri xərçəngi, şişlər yaranır. Ən pis tərəfi orasındadır ki, günəşdən gələn şüaların mənfi təsirləri özünü dərhal biruzə vermir və insanlar günəşin verəcəyi zərərlərin qarşısını almağı əhəmiyyətli saymırlar. Ona görə də dərinizi və sağlamlığınızı qorumaq üçün davamlı olaraq günəş kremindən istifadə etməlisiniz.
Bir çox yerlərdə dərinizi nəmləndirən və Günəşin mənfi təsirlərindən qoruyan kremlərə rast gəlinir. Amma evdə təbii vasitələrlə dəriniz üçün faydalı olan günəş əleyhinə öz kreminizi hazırlaya bilərsiniz.
TurpKimi.com evdə, günəş əleyhinə təbii kremin hazırlanmasını təqdim edir:
Lazım olan məhsullar:
- 1 stəkan qatı kokos yağı
- 2 xörək qaşığı bal mumu
- 2 ədəd E vitamini kapsulu
- 5 xörək qaşığı təmiz sink-oksid
- 4 xörək qaşığı təbii aloe vera geli
- 1 xörək qaşığı qreyfrutun özü
Hazırlanması:
Kokos yağını bir qaba qoyub isti suyun üzərində əridin və üzərinə bal mumunu əlavə edib taxta qaşıqla qarışdırın. Hər ikisinin çox yaxşı qarışdığına əmin olduqdan sonra qarışımı kənara qoyun və 2 ədəd E vitamini kapsulu əlavə edərək təkrar qarışdırın. Bir neçə saniyə gözləyin, daha sonra üzərinə sink-oksid və alove vera gelini əlavə edin. Qarışdırmağa davam edin. Qarışım bərkiməzdən əvvəl ağzı bağlanan şüşə qabın içinə töküb qreyfrutu əlavə edin. Hazırladığınız kremi ağzı bağlı şəkildə, soyuq və qaranlıq bir yerdə saxlayın.
İstifadəsi:
Qarışım krem halında olandan sonra günəşdən qorumaq istədiyiniz yerlərə sürtün. Dərinizə hopana qədər ovuşdurmağa diqqət edin. Hər gün istifadə edə, hətta çox günəşli havalarda gündə 2 dəfə sürtə bilərsiniz.
TurpKimi.com evdə hazırlaya biləcəyiniz günəş əleyhinə daha 2 kremin reseptini təqdim edir:
1-ci RESEPT
- 1 ədəd rəndələnmiş kök
- Yarım ovuc mixək
- Darçın çubuğu
- Zeytun yağı
- Düyü nişastası
Hazırlanmsı:
1 ədəd kökü rəndələyib qaba qoyun, içinə mixək və 1 ədəd darçın çubuğu əlavə edin. Üzərini örtəcək şəkildə zeytun yağı əlavə edin. Daha sonra qarışıma 1 yemək qaşığı düyü nişastası və ya 1 yemək qaşığı uşaq pudrası (prisipka) tökün. 2 həftə günəşin altında saxlayın və ya benmari üsulla (qazın üzərinə su qoyulur və digər qabdakı qarışımı suyun içinə salmaqla qaynatmaq, əritmək) yarım saat qaynadın.
2-ci RESEPT
Hazırlanması:
2 ədəd aloe veranın yarpaqlarını bıçaqla dilimləyib zeytun yağının içinə qatın. Daha sonra blenderddən keçirin və üzərinə düyü nişastası əlavə edin.
Firuzə Alimova / TurpKimi.com
Yazılıb: 29-05-2019