Evdə ürəyi necə yoxlamalı? - Həkimdən sadə üsul


Ürəyin fiziki yükə reaksiyası...

evde-ureyi-nece-yoxlamali
11.04.2022 00:24 1 dəq oxuma

Ev şəraitində ürəkdə problemin olub-olmadığını yoxlamaq mümkündür. Bunun üçün sadə üsulu bilməlisiniz.

TurpKimi.com Bakupost.az-a istinadən xəbər verir ki, həkim terapevt Marat Farraxov ürəyin fiziki yükə reaksiyasını evdə yoxlamaq üçün test barədə məlumat verib.

Əvvəlcə kürəyi üstə döşəmədə 5 dəqiqə uzanın və bədən gərginliyini azaldın. Bu vəziyyətdə pulsoksimetrlə və ya özünüz nəbzi 1 dəqiqədə sayıb qeyd edin. 

Daha sonra ayağa qalxıb, 1 dəqiqə dayanın və yenidən nəbzi sayın. 

Sonra evin içində oturun, qalxın, yüngül bir iş görün və həmin dəqiqə nəbzi sayın.

Əgər nəbzin sayları arasında 25 vurğu qədər fərq varsa, siz təcili kardioloqa yazılmalısınız.

Məsələn, uzanan yerdə nəbziniz 80 oldu, ayağa qalxanda 100-ü keçdi, bir qədər hərəkət edəndə 110-a çatdısa, deməli nəbz arasında vəziyyətə uyğun olaraq fərq çoxdur.

Sağlam ürəkdə bu göstəricilər kəskin qalxmamalıdır və çox tez normaya düşməlidir.

TurpKimi.com