“Evdə uşaqla nə və necə oynayım?”-deyən valideynlər - Bu oyunları oynayın


Çox vaxt valideynlər evdə uşaqlarla necə oynayacağını bilməməkdən şikayət edirlər. 

evde-usaqla-ne-ve-nece-oynayim-deyen-valideynler
15.02.2020 20:51 3 dəq oxuma

TurpKimi.com uşaqların sevə biləcəyi oyunlar siyahısını sizə təqdim edir:

Uşaqla birlikdə oynamaq istəyirsinizsə buna uyğun oyuncaqlar seçilməlidir. Xüsusilə uşağın təxəyyülünü inkişaf etdirəcək oyuncaqlara diqqət edilməlidir. 

Fiziki oyunlar: Uşaqların sonsuz enerjilərinin olduğu düşünülür. Təbii ki, bu enerjini bitirmək üçün hərəkətli oyun seçilməlidir. 2-3 yaşlı  uşağa küləkli bir gündə əlinə rüzgargülü verib, qaçırdın və ya qollarınızı yana açaraq küləyə qarşı birlikdə  qaçın. Əgər evdə qalmağa məcbursunuzsa , hərəkətli oyun növü seçin, məsələn ayaq barmaqlarınıza toxunub dik atılmaq, tullanmaq, qulaqları tutub hoppanmaq, sürətli musiqidə oynamaq, evdəki yorğan və ya döşəkcələrdən istifadə edərək maneələri hoppanaraq aşmaq kimi oyunlar çox əyləncəlidir. 

Paltar dəyişdirmə: Geyinib-kecinmək təxminən 18 aydan etibarən uşağınızın xoşuna gəlməyə başlayacaq.  Öz qarderobunuzdan, yoldaşlarınızınkından müəyyən geyim yığın, şapkalar, günəş eynəkləri, bilərziklər, köhnə əl çantaları, qısa gecəliklər (şahzadə paltarı olaraq), əlcəklər, çəkmələr, şallar istifadə edilə bilər.

Çirklətmə oyunları: Ortalığı çirklətmək  uşaqlar üçün çox əyləncəlidir, uşağınızı özünü azad bir şəkildə ifadə etməyə yönəldər.

Su: Qab-qacaq ləyənini su ilə  doldurub eyvanda, sizin nəzarətinizdə oynamağına icazə verin. Pipetlər, plastik stəkanlar, qıf, qaşıq, süzgəcdən istifadə etsin.

Qum: Ləyəni qum ilə də doldura bilərsiniz, yaradıcılıq qabiliyyətini kəşf edəcəksiniz. 

Boyama: Barmaqları,  süngər parçası ilə boyaya bilərlər. Əllərini boyaya vurub kağızlara yapışdırın. Əl şəkilləri ilə açıqçalar düzəldin.

Yapışdırma: Jurnallardan kəsilmiş rəngli kağızlar, kağız rulonlar, parça kəsikləri, ip, falqadan istifadə edə bilərsiniz.

Maket düzəltmək: 2-3 yaş arası uşaqlar üçün çox əyləncəlidir. Karton rulonlar, yumurta qutuları, qatıq qabları kimi vəsaitlərdən istifadə edin. Nə etdiyinizin heç bir əhəmiyyəti yoxdur, bir araya gətirin kifayətdir. 

Evcik: Ev işləri ilə məşğul olurmuş  kimi etmək bir neçə il boyunca onun ən sevdiyi oyun olacaq. Gerçək həyatda da toz alma, çiçək sulama, yemək bişirmə işlərində kiçik rollar verib işə daxil etməyə çalışın.

Kiçik dünya oyuncaqları: Fermalar, qarajlar, körpə evləri saatlarla oynamağına səbəb olacaq. 

Kuklalar: Hər uşaq xəyalındakıları kuklalarla oynayıb canlandırar. Oyuncaqlara qışqırıb vursa çaşmayın, hirslərini və çətin duyğularını bu şəkildə xaricə vurarlar.

Oyun oynayarkən bu qaydalara diqqət!

Oyun oynamaq uşağınıza problem həll etmə, qərar vermə, yaradıcı olma, özünə inam qazanma, risk alma, empati qurma və paylaşma haqqında bilməli olduğu nüansları öyrədər. Övladınızın  oyun oynamaqdan zövq almağını təmin etmək üçün bəzi üsullar;

Uşaqla oynayarkən bütün diqqətinizi uşağınıza verin, yerə oturub istədiklərini edin. Oyun əlaqələri möhkəmləndirin.  

- Birlikdə əylənin, oyunlara yumor qatmaq uşağınızın xoşuna gələcək.

- Uşağınızın uydurduğu bir oyunu oynayırsınızsa, sizdən istəniləni edin, bir şeylərin necə olacağı haqda fikir bildirməyin. Uşaq danışsın, fantaziyalarını həyata keçirsin. Əgər  qala, bina hazırlamaq istəyirsə,  o özü mühəndis olub blokların necə yığılacağına qərar verməlidir.   Oyunun məsuliyyətini boynuna götürmək, özünə güvəninin artmasına kömək edər, onu problem həll etməyə təşviq edər.

- Uşağınız sevincli  şəkildə oyun oynayırsa müdaxilə etməyin. Sizə ehtiyac duyana,  oyuna qatılmanızı istəyənə qədər ona müdaxilə etməyin,  təkliflərinizi verməyin. 

- Oyuncaqları səliqəli şəkildə yerinə yığmaq çox əyləncəli ola bilər. Yığışdırmağı da, dağıtmağı da əyləncəyə çevirin.   Uşağınız üçün oyuncaqları yerinə qoymaq boşaltmaq qədər əyləncəlidir.

- Oyuncaqları ara-sıra gizlədin, müəyyən vaxt keçdikdən sonra çıxardın. Yenidən ortaya çıxdığında uşağınız onunla daha çox maraqlanar.

- Oyun xəmiri, gil, boya, sənət vəsaitləri kimi bir neçə dənə yaradıcı oyun növü fikirləşin. 

- Qar, qum, daş, taxta, su, palçıq, çınqıl kimi təbii vasitələrlə çox oynamağına icazə verin. Özünüzü elektronik "öyrədici" oyuncaqlar almaq məcburiyyətində hiss etməyin. Texnologiya oyuncaqlarının yaradıcı oyunlara təşviq etmə potensialı daha azdır.

- Oyuncağı cinsiyyətə görə bölməyin.  Fərqli oyuncaqlar fərqli bacarıqlar deməkdir. Ona görə də erkən yaşda məhdudlaşdırmaq fərqli bacarıq sahələrini korlaşdıra bilər. İnşaat blokları ilə oynamaq vizual qabiliyyətlər üçün faydalıdır. Oyuncaq gəlinciklərlə, kuklalarla  oynamaq ictimai bacarıqlar üçün faydalı ola bilər. Cinsiyyət bərabərliyini vurğulamaq üçün qızların cəsur, kişilərin romantik  təsvir edildiyi kitablar tapıb oxuyun.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

loading...