Evdəki bu əşyalar xərçəngə səbəb olur - Xəbərdarlıq


Hər gün istifadə edirik

evdeki-bu-esyalar-xercenge-sebeb-olur
06.05.2019 06:26 2 dəq oxuma

Evdə nə qədər təmizlik etsək də bəzən bakteriyalar müxtəlif yerlərdə qarşımıza çıxır. Təxmin etmədiyimiz yerlərdən çıxan bakteriyalar isə sağlamlığımıza təhlükədir.

TurpKimi.com bildirir ki, aparılan araşdırmalara görə, bu bakteriyalar evin bir çox yerində toplanır. Sağlamlığımıza təsir edən və təhlükəli olan bu bakteriyalar harda olur? Xərçəngə qədər aparan bu bakteriyalar evin harasındadır?

Qabyuyan süngərlər (maçalka)

Bütün gün əlimizdə olan və təmizlik məhlulları ilə qabları yuduğumuz süngərlərin milyonlarla bakteriya daşıdığını bilirdiniz? Təəssüf ki, belədir. Aparılan araşdırmalar göstərir ki, qabyuyan süngərin 1sm/kv-də 50 min bakteriya yaşayır. Ona görə də qabyuyan süngərləri həftədə bir dəfə dəyişdirmək və ya hər gün ağardıcıya qoymaq lazımdır.

Kranlar

Çox tez-tez istifadə etdiyimiz, hətta təmizlik üçün dayanmadan su axıtdığımız yerin təmiz olmayacağı ağlımıza da gəlməz. Ancaq vəziyyət heç də elə deyilmiş. Alimlər mətbəx kranının 1sm/kv-də 6 min bakteriya yaşadığını söyləyir. Həmçinin hamamda olan kranlar da minlərlə bakteriyanın yuvasıdır. Odur ki, “su axan yer çirkli olarmı?” deməyin və bu yerləri tez-tez təmizləyin.

Kompüterlər

Daim əlimizin altında olan kompüterləri tez-tez təmizləmək lazımdır. Çünki əllərin toxunaraq hər yerdən aldığı bakteriyalar burda toplanır. Hələ kompüter arxasında yemək yemək kimi vərdişiniz varsa, burdakı bakteriyaların sayı milyonlarladır. Lakin kompüterin təkcə ekranını deyil, klaviaturasını da tez-tez təmizləməlisiniz.

Xalçalar

Xalçaları nə qədər təmizləsək də hər növ bakteriyaya yuva olduğu artıq bizə çoxdan məlumdur. Ona görə də bir çox xalça firması “antibakterial xalı” adıyla xalçalarını sataraq satışa təsir etməyə çalışır. Ancaq yenə də çöldə olan hər cür mikrobu ayaqlarımızla xalçanın üzərinə daşıdığımızı yaxşı bilməli və mütləq hər gün təmizləməliyik.

Mətbəx çanağı

Mətbəx çanağında meyvə-tərəvəzləri yuyursunuzmu? Cavabınız “bəli”dirsə, çox böyük bir yanlışa yol verirsiniz. Çünki mətbəx çanağının 1 sm/kv-də 230 min bakteriya var. Siz çanağı dəfələrlə yusanız da ordakı bakteriyaları yox edə bilmirsiniz. Təmiz olması üçün çanağı tez-tez ağardıcı ilə yuyun, əks halda sağlamlığınız risk altındadır.

Firuzə Alimova / TurpKimi.com