Mətbəxə, tualetə, yerlərə ayrı, tozları təmizləməyə isə bir başqa təmizlik vasitəsi alırıq.
Həm pulumuzun, həm də canımızın qədrini bilmirik. Aldığımız vasitələr təbii ki kimyəvi tərkibdədir. Bu da sağlamlığa və ətraf mühitə zərər verir.
TurpKimi.com evinizin tər-təmiz olması üçün özünüzün hazırlayacağı təmizlik vasitəsinin reseptini təqdim edir:
Təmizlik üçün istifadə edilən təbii vəsaitlərin içərisində limonun yerini hər kəs bilir. Bir başqa möcüzəvi məhsul isə sirkədir. Bu iki maddənin kombinasiyası ilə evinizdə çirklərdən əsər-əlamət qalmayacaq.
Bir limonun qabığını soyun, üstünə 150 ml sirkə töküb 1 gecə gözləyin. Səhər bu qarışığa 150 ml su əlavə edin. Qarışığı boş bir sprey şüşəsinə boşaldıb evinizi təmizləyə bilərsiniz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 09-01-2019