Evdəki siqaret qoxusunu necə aparmalı? - Təbii üsul


Artıq evlərdə siqaret çəkənlərin sayı azdır. Amma yox dərəcəsində deyil.

evdeki-siqaret-qoxusunu-nece-aparmali
01.02.2023 16:08 1 dəq oxuma

Türkiyənin xalq sağlamlığı mütəxəssisi  Oğuz Özyaral evdəki siqaret qoxusunu aradan qaldırmaq üçün təbii vasitənin hazırlanma qaydasından bəhs edib. 

TurpKimi.com türk mediasına istinadla xəbər verir ki,  mütəxəssis evdən gələn pis qoxu, siqaret tüstüsü kimi xoşagəlməz iyə qarşı karbonat, yəni soda, darçın  və mixək tozundan istifadə etməyi məsləhət görüb:

  "Bu üç ədviyyatı bir-birinə qarışdırın və evinizin hər hansı bir küncünə,  təbii ki uşaqların əlinin çata bilməyəcəyi bir yerə qoyun. Evinizdə nə qədər his, siqaret kimi xoşagəlməz qoxu varsa hamısı gedəcək.  Bu qarışığı 4-5 gündən bir yeniləyin".

Vüsalə Əlövsətqızı, TurpKimi.com

02-01-2020