Hansı dərdə çarə deyil ki.?!
Allahın biz insanlara verdiyi nemətlərdən biri də arı məhsullarıdır. Arı məhsulları deyəndə daha çox bal, arı südü, çiçək tozu, mum və propolis xatırlanır. Amma arı çörəyi olan bu əvəzsiz nemətdə demək olar bunların hamısı var. Zəngin tərkibi olduğu qədər, biz bu neməti 1001 dərdin dərmanı kimi tanımalıyıq.
TurpKimi.com bildirir ki, bu haqda maraqlı məlumatı fitoterapevt-həkim Fizuli Hüseynov paylaşıb.
Arı ailəsinin çörəyi (Güləm) yeni süfrədən çıxmış arı balalarının 5 günlük yeməyidir. Olduqca az tapıldığından qiyməti də başqa məhsullarla müqayisədə bahalıdır. Amma baha olduğu qədər də çox faydalıdır. Güləmin insan vücuduna elə güclü təsiri var ki, qəbul etməyə başlayandan bir gün sonra təsiri hiss olunur.
Qanazlığında, halsızlıqda, yorğunluqda, cinsi zəiflikdə, göz zəifliyində, tez-tez diş qanamalarında, sonsuzluqda, yaddaş pozğunluğunda, diqqətsizlikdə, xərçəng xəstəliyində, anemiyalarda, əsasən kiçik uşaqlarda iştahsızlıqda, süd verən analarda, süd azlığında, vərəm xəstəliyində, beyin damarlarının sklerozunda, dəri quruluğunda, zəif immunitetdə, yüksək xolesterində, dəri səpmələrində, sivilcələr, sızanaqlar, aknelərdə, saç tökülməsində və uzun sürən yorucu xəstəliklərdən sonra güləmin qəbulu insan orqanizmini sanki yeniləyir, bədənə yeni bir əhval ruhiyyə gətirir.
Daha çox zehni əməklə məşğul olanlar, imtahana hazırlaşan tələbələr mütləq bu nemətdən istifadə etməlidir. Güləmin həm də çox gözəl dadı var. Həm uşaqlar daha çox sevir, həm də böyüklər. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı yeyilir və ya 200 qram güləm 1 kq bala qarışdırılır. Qarışımdan gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı qəbul edilə bilər. Güləmdən hamilə xanımlar istifadə etsələr həm uşağın beyninin inkişafına səbəb olur, həm də ana hamiləliyini olduqca rahat keçirir.
Firuzə Alimova / TurpKimi.com