Evlilik həyatı insanı bu böyük riskdən qoruyur


Evliliyin yaddaşsızlıq və unutqanlıq üzərində böyük təsirinin olduğu aşkarlanıb.

evlilik-heyati-insani-bu-boyuk-riskden-qoruyur
11.02.2019 18:32 1 dəq oxuma

TurpKimi.com xəbər verir ki, İngiltərədə aparılan araşdırmaya görə, subay qalmaq yaddaşsızlıq xəstəliyini 42 faiz artırır.

“University College London”un (UCL) Avropa, Cənubi Amerika və Asya ölkələrində 800 min insan üzərində apardığı araşdırmanın nəticələrinə görə, subay qalmaq yaddaş zəifliyini 42 faiz azaldır.

Cütlüklər arasında sosial münasibətlərin artması, yaddaşsızlıq kimi bəzi narahatlıqların aradan qaldırılmasına yardımçı olur. Beləliklə, Alzheimer kimi mövcud olan simptomların daha gec yaranmasına təkan verir.

Evlilik zamanı maddi yükün insanlar arasında paylaşılması da zehni və fiziki sağlamlığı qüvvətləndirir, yaddaşsızlıq riskini azaldır.

Dul qalanlar üçün risk var...

Araşdırma zamanı məlum olub ki, dul qadınlarda yaddaşsızlıq və diqqət zəifliyi 20 faiz daha çoxdur. Lakin bu göstərici  boşananlarla evli olanlar arasında elə də böyük olmayıb.

İngiltərə Alzheimer Araşdırmaları Mərkəzindən Laura Phipps “Cütlüklər bir-birilərini sağlam yaşamaqla bağlı cəsarətləndirdiyi halda, sağlamlıqlarını da qorumağa çalışırlar. Sosial həyatlarında da bir-birilərinə dəstək olurlar” deyə qeyd edib.

Lakin qarşılıqlı münasibət yaddaşsızlığın azalmasının başlıca səbəbi deyil. Araşdırma fiziki aktivlik və təhsil səviyyəsinin də subay, evli və dullar arasında yaddaşsızlıq riskinə müxtəlif cür təsir edəcəyini göstərib. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com