Evlilikdən yorulmusuz? - Özünüzə necə gələ bilərsiz? - İPUCLARI


Keçmişdə ər və arvad arasında problemlərin olması, onların bir-birilə yola getməməsi boşanmalara səbəb olurdu.  Hazırda isə evlilik yorğunluğu deyilən bir anlayış yaranıb. 

evlilikden-yorulmusuz
14.06.2022 21:21 4 dəq oxuma

Bəs evlilik yorğunluğu nədir? Ailələrə necə təsir edir? Bu yorğunluqdan xilas olmaq üçün nələr etmək lazımdır?

TurpKimi.com Türkiyə mediasına istinadən təqdim edir:

Eşqin yerini sevgi almırsa, yorğunluq başlayır

Evliliklerin sonlanmasına səbəb olan şey cütlər arasındakı sevginin bitməsi deyil, yoldaşlıq, dostluq, ya da bölüşməyin başa çatmasıdır. Aparılan araşdırmalara görə, eşqin müddəti orta hesabla 2 ildir. Məhəbbətin yerini sevgi almırsa, 2 ilin sonunda evlilik yorğunluğu başlayır. Cütlüklər evliliyin hansı mərhələsində olsalar da münasibətlərinin monotonlaşmaması üçün evliliyi canlı bir çiçək kimi düşünüb onu bəsləməlidirlər. 

Təhsil səviyyəsinin  uyğunlaşması

Təhsilin uyğunluğu, dünyagörüşü çox mühümdür, cütlərin təhsil səviyyələri bir-birinə yaxın olmalıdır ki,  bir-birini anlayıb, ünsiyyət qura və bir çox şeyi müzakirə edib bölüşə bilsinlər. Ünsiyyət quran bir cütlüyün çox əhəmiyyətli başqa problemi yoxsa,  evlilik yorğunluğu yaşaması çətindir. 

İlk 2 il çox önəmlidir.

Evlilik həyatında ilk 2 il çox mühümdür. Ailələr ən çox ilk 2 ildə dağılır. Evlənib, eyni həyatı yaşamağa başlayan cütlər, uyğun olub-olmadığını bu müddət ərzində fərq edirlər və bu da evliliyin aqibətini təyin edir. 

Tanışlıqla qurulan ailələr

Görücü üsulu ilə bir müddət nişanlı qalıb sonra evlənənlərin ailələri ailə böyüklərinin təcrübələri ilə formalaşdığı üçün sevgi üzərində qurulan evliliklərə görə bir az daha möhkəm ola bilir. Bu məqamda cütlər arası münaqişələrdə ailə böyüklərinin dərhal araya girib vasitəçilik etmələri mühüm amildir. 

Qadın işləyirsə,  evlilik daha tez yorulur

Qadın işləyirsə, evlilik daha tez yorulur. Cütlüklərin hər ikisinin də işləməsi  və kişinin xanımına ev işlərində yardımçı olmaması qadının həm iş həyatında, həm də evdə çox işləyərək  yorulmasına səbəb olur. İşgüzar qadın evinə vaxt ayırdığı zaman karyerası təhlükə altına düşür,  karyeraya yönələrsə, evinə etinasızlıq edir. Bu hal da evlilik yorğunluğuna səbəb olur. Aparılan araşdırmalara görə,  işləyib iqtisadi azadlığını qazanmış  qadınlar, işləməyən qadınlara görə daha çox boşanır.

Qonaq getmək, cəmiyyət arasında olmaq faydalıdır

Qohum və qonşunu ziyarət etmək çox faydalıdır. Qohum ziyarətləri və qonşuluq münasibətləri evliliyi davamlı olaraq dinamik tutur. Həftədə ən az iki dəfə qohum və ya qonşunu ziyarət edən ailələrdə  evlilik yorğunluğu çox olmur. Qonaq getmək həm zövcələr arasında rabitəni və paylaşımı  artırır, həm də monotonluqdan uzaqlaşdırır.

İmpatiya

İmpatiya qurmaq mühümdür. Qarşılıqlı impatiya qurmaq özünü həyat yoldaşının yerinə qoyaraq hərəkət etmək çox vaxt problemlərin başlamadan həll olunması ilə nəticələnir.

Özünüzə sərhəd qoymayın

Bir insanın hər hansı bir mövzuda qarşı tərəfi mühakimə edəcək fikirləri varsa,  bir müddət sonra bu özünü reallaşdırmağa başlayır. Məsələn, "həyat yoldaşıma güvənmirəm, məni aldada bilər" düşüncəsinə sahib olan həyat yoldaşının etibarsızlığı, bir müddət sonra davranışlarına əks oluna bilər. Beləliklə, yaranacaq etimadsızlıq mühiti evliliyi korlayır.

 Çox otaqlı tənhalıqlar

Çox otaqlı evlər, bağ evləri, qış evləri fərqli televizor və kompüterlər, cütləri bir-birindən ayırır və tənhalaşdırır. Bu isə emosional cəhətdən qopma və parçalanmalara səbəb ola bilir. Texnoloji imkanların daha az istifadə olunduğu kənd yerlərdə boşanma hadisələri çox nadir hallarda baş verir.

Əlinizdəkinin dəyərini bilin

Sahib olduğumuz bir çox şeyin qiymətini əlimizdən çıxanda dərk edirik. Sağlamlığınızın, ailənizin, uşaqlarınızın, dostlarınızın qədrini bilin. Həyat düz xətt deyil. Enişli yoxuşludur. Uğur qədər uğursuzluqların da təbii olduğunu qəbul etmək lazımdır.

Xoşbəxtliyiniz üçün araya hədəf qoymayın

Ev, maşın alanda, uşaq olanda, ya da başqa bir hadisə baş verəndə xoşbəxt olacağam  kimi özünüzə hədəflər qoymayın.

Tənqidlərə diqqət

Evliliyin yorulmaması üçün iradlara və təkliflərə sən yönümlü deyil, mən yönümlü yanaşılmalıdır. Məsələn, bu evin halı nədir belə, sən nə dağınıq bir qadınsan  əvəzinə,  ev dağınıq olanda özümü pis hiss edirəm deməlidir. Beləliklə, ev dağınıq olanda həyat yoldaşının incidildiyini düşünərək, müdafiə niyyəti yerinə məsuliyyət hissi daha həssas davranır. Çünki sən yönümlü tənqidi birbaşa  şəxsiyyətinə edilmiş bir hücum kimi  qəbul edəcək, o an üçün evi bir az yığışdırsa belə, sonradan boş verəcəkdir. Ya da belə etsək, daha yaxşı olmazmı? Belə olsa,  daha yaxşı olmazmı? kimi  cəm ifadələr istifadə etmək lazımdır.

 Ailənizə əmək verin və vaxt ayırın

Cütlüklərin bütün vaxtlarını birlikdə keçirmələrini demək çətindir. Xüsusilə işləyən ailələrdə bu daha da imkansızdır. Evdə olsun, çöldə olsun axşam yeməklərini birlikdə yeməyə cəhd göstərilməlidir.

Səhvsiz qul olmaz

Səhvlərə qarşı həssas olmayın. Yer üzündə heç bir insan səhvsiz ola bilməz. Eyibsiz dost axtaran dostsuz qalar məsəli yerinə düşür. Səhvlər tekrarlanmadıqcaa görməzdən gəlin.  Gördüyünüz şeyləri deməsəniz yaddaşınızdan uçub gedər. Desəniz,  yaddaşınızda yer edər. Bu səbəblə olan, olmayan hər bir mənfi şeyi sözlərə tökməmək lazımdır. Beləliklə, həm tez unudursunuz, həm də bəlkə bir daha təkrarlanmayacaq bir hadisə üçün həyat yoldaşınızı incitməyəcəksiniz.

Birlikdə xobbinizlə məşğul olun

Müxtəlif idman və ya sənət növlərində birlikdə zövq aldığınız işlə məşğul olun.  

Zamanınızı birlikdə keçirin.

Axşam yeməkləri həftədə 2-dən aşağı enibsə,  təhlükə başlamış deməkdir. Birlikdə keyfiyyətli vaxt keçirməyə diqqət göstərilməlidir. Bunun üçün cütlər birlikdə konsertə, kinoya, teatra gedə  bilərlər. Tək getdiyiniz səyahətlərdə həyat yoldaşınıza hədiyyə alın. Bu hər zaman ona əhəmiyyət verdiyinizi düşündürəcək.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 22-11-2019