Evliliklə sevgini yenidən canlandıran "DUZLU SU" - Cütlüklərə maraqlı məsləhət – VİDEO


Qadınlarda dişilik enerjisini artıran üsul...

evlilikle-sevgini-yeniden-canlandiran-duzlu-su
11.05.2022 17:21 1 dəq oxuma

Türkiyənin “Beyaz TV” kanalında yayımlanan Nur Viralın “Hayatta her şey var” verilişində psixoloq Əsra Əzməçi qonaq olub.

TurpKimi.com bildirir ki, aparıcı “evləndikdən bir müddət sonra bitən eşq hissini yenidən necə canlandırmaq olar?” sualına cavab axtarıb. Sualı cavablandıran psixoloqun verdiyi “duzlu su” məsləhəti isə aparıcını çox təəccübləndirib.

“Qadınlarda dişilik enerjisi var. Çox aktiv işləmək, kişiərin gücü yetən işləri qadınlar edərkən enerjimizin tarazlığı pozulur. Ona görə də həftədə bir dəfə duş qəbul etdikdən sonra 1 litr suya 2 qaşıq duz əlavə edin. Həmin suyu sağ çiyninizdən sola doğru bütün bədəninizə tökün. Bir gecə bədəninizi elə saxlayın. Növbəti gün özünüzü çox yaxşı hiss edəcəksiniz. Hətta qarşı tərəfdən gələcək təriflərə hazır olun. Mənim bu məsləhətimdən sonra o qədər dəyişiklik yaşayanlar oldu ki, mesaj ataraq bildirirlər” – deyə, psixoloq qeyd edib.

TurpKimi.com verilişdən olan görüntüləri təqdim edir:

Yazılıb: 17.06.2021-ci ildə...

Firuzə Alimova / TurpKimi.com