Exineziya bitkisinin faydaları - Soyuqdəymənin dərmanı olan çay


Tibbdə soyuqdəymə, qrip və digər infeksiyalar üçün istifadə edilən exineziyanın sonsuz faydaları vardır. 

exineziya-bitkisinin-faydalari
21.01.2024 00:42 2 dəq oxuma

Exineziya xüsusilə fəsil dəyişəndə müşahidə edilən soyuqdəymə və qrip infeksiyalarına qarşı istifadə edilən bir nömrəli şəfalı bitkidir. Exineziya çayı qrip və soyuqdəymə ilə əlaqəli ağrıları yüngülləşdirir,  tərkibində olan vitamin, mineral və antioksidantlar sayəsində üst tənəffüs yolları, vaginal infeksiyalar, miqren, anksiyete (narahatlıq) pozğunluğu kimi bir çox xəstəliyin inkişafına mane olur. 

TurpKimi.com bu bitki haqda oxucuların mütləq bilməli olduğu bəzi məlumatlar haqda yazacaq. 

Exineziya çox faydalı bir bitki olmasına baxmayaraq diqqətli istehlak edilməlidir.  Diyabet, qaraciyər və böyrək çatışmazlığı problemləri olan şəxslər bu bitkidən istifadə etməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər. 

Exineziyanı kirpi bitkisi kimi də tanıyırlar. Qədim zamanlardan bəri təbabətdə xüsusi yeri olan bu bitki çobanyastığıkimilər fəsiləsinə aiddir, kökləri və yarpaqları da tibbi məqsədlər üçün istifadə edilir. Latınca adı "Echinacea Purpurea" olan bu şəfa qaynağı bitki  xüsusilə immunitet sistemi üzərində olan müsbət təsirləri ilə önə çıxır. Ana vətəni Amerika olan bu yabanı bitki quraq ərazilərdə asanlıqla yetişə bilər. Exineziya bitkisi qədimdə yerli tayfalar tərəfindən ilan çalmasına qarşı istifadə edilib. 1930-cu ildə Şarbon müalicəsində də istifadə edilmişdir.

Müasir tibbin inkişafına ciddi faydası olan bu bitkinin ən əhəmiyyətli xüsusiyyəti soyuqdəyməyə qarşı qoruyucu effektinin yüksək olmasıdır.  Çayı çox məşhurdur, məlhəm, sirop və bəzi dərmanların tərkibində istifadə edilməkdədir.

Exineziyanın faydaları 

Qanda şəkərin səviyyəsini aşağı salır.
Dəri problemlərini aradan qaldırmağa kömək edir.
Qayğı, həyəcanlanma duyğularını azaltmağa kömək edir.
Ağrıkəsici xüsusiyyəti vardır.
İmmunitet sistemini gücləndirir.
Qrip və soyuqdəyməyə qarşı qoruyucu təsiri var.
İnfeksiyaları önləyir.
Detoks təsiri vardır.
Bədəndə halsızlığı, yorğunluğu  aradan qaldırır.
Böcək dişləməsi və ilan  çalmasında müalicəvi təsiri var. 
Diş ağrısını yüngülləşdirir.
Xərçəngdən qoruma xüsusiyyəti var.

Exineziya çayı necə istehlak edilməlidir?

Exineziya bitkisi çay kimi dəmlənə, qida möhkəmlətməsi kimi  içilə,  ya da xaricə birbaşa dəri üzərinə tətbiq oluna bilər. Bir çay  qaşığı quru exineziya bitkisi bir stəkan isti suya əlavə olunur və təxminən yeddi dəqiqəyə qədər dəmlənir. Dəmlənən çay süzülərək içilir. Exineziyanın dadı bir az acı olduğu üçün darçın, mixək,  cökə,  ya da adaçayı ilə birlikdə istehlak edilə bilər. Təmiz və steril bir yerdə yaxşıca əzilən exineziya bitkisi dəri üzərindəki problemli bölgəyə tətbiq oluna bilər. Sızanaq,  qara nöqtələr,  ya da eqzema üzərinə tətbiq oluna bilər. Bu çayı istifadə etməzdən əvvəl mütləq dermotoloqla məsləhətləşin. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com