Eynək şüşələrinin buğlanmasını önləmək üçün 7 üsul


Eynək şüşələri davamlı olaraq buğlanır. 

eynek-suselerinin-buglanmasini-onlemek-ucun-7-usul
31.01.2025 17:50 3 dəq oxuma

TurpKimi.com buğlanmağı önləyən ən təsirli üsulları və praktik həll yollarını oxucuları ilə bölüşür. 

Qış aylarında isti bir mühitdən soyuq havaya çıxanda, ya da maska taxarkən eynək şüşələrinizin buğlandığını mütləq görmüsüz. Buğlanma həm fikrinizi yayındırır,  həm də görməni çətinləşdirərək narahatlıq yaradır.  Davamlı şüşələri silmə ehtiyacı yaratdığı üçün zəhlətökən ola bilər. Xüsusilə qış aylarında isti içkilər içərkən, yemək yeyərkən və ya idman edərkən eynək istifadəçiləri üçün böyük problem yaradır. 

Eynək şüşələrində tərləmənin qarşısını almaq üçün asan üsulları sınaqdan keçirdə bilərsiniz. 

Eynək şüşələrində buxar  isti hava və soyuq səth arasındakı istilik fərqindən yaranır. Nəmli hava soyuq eynək şüşəsinə təmas etdikdə sıxlaşaraq kiçik su damlacıqları yaradır. Bu hal aşağıdakı hallarda yaranır: 

Maska istifadəsi: Nəfəs verdikdə isti hava eynək şüşələrinə istiqamətlənir və sıxlaşaraq buxar meydana gətirir.

Ani istilik dəyişmələri: Soyuq havadan isti mühitə girdikdə və ya tam tərsi olduqda buğlanma meydana gəlir.

İsti yemək və içki istehlakı: Şorba içərkən və ya qəhvə içdikdə isti buxar eynək şüşələrinə yapışa bilər.

İdman edərkən tərləmə: Bədən istiliyi artdıqca eynək şüşələrində buğlanma arta bilər.

Buxar meydana gəlməsinə tam mane törətmək üçün bəzi tədbirlər görmək lazımdır. 

Eynək şüşəsində buxar meydana gəlməsini önləyən üsullar

1. Xüsusi buxar önləyici sprey və ya dəsmallardan istifadə edin

Optiklərdə satılan anti-fog (buxar önləyici) spreylər və ya dəsmallar şüşələrin üzərində incə bir təbəqə yaradaraq nəmin sıxlaşmasına mane olur. Bu məhsullardan istifadə edərkən:

Şüşələri əvvəlcə təmizləyin və qurulayın.

Spreyi püskürdün və ya dəsmalla silin.

Şüşə səthinin tamamilə örtüldüyündən əmin olun.

Nizamlı istifadədə buxar meydana gəlməsi böyük nisbətdə azalacaq.

2. Maye sabun üsulu

Eynək şüşələrinə çox az miqdarda maye sabun sürtüb astaca yayaraq qurumasını gözləyin. Sabun şüşənin üzərində qoruyucu bir təbəqə meydana gətirərək buxarın sıxlaşmasına mane olar.

Az miqdarda maye sabunu şüşələrə sürtün.

Təmiz  yumşaq bir bezlə silin.

Durulamayın! Qurumasını gözləyin.

 3. Qabyuyan maye 

Qabyuyan maye  də sabun kimi şüşənin üzərində qoruyucu bir təbəqə yaradır.

Eynək şüşəsinə bir damcı damladın.

Mikrofiber bir bezlə astaca silin.

Şüşəni durulamadan qurumasını gözləyin.

Bu üsul xüsusilə qış aylarında və mətbəxdə işləyənlər üçün faydalı olacaq. 

4. Təraş köpüyü istifadə edərək buxar yaranmasının qarşısını ala bilərsiniz. 

Təraş köpüyü  eynək şüşələrinin səthində incə bir təbəqə meydana gətirərək buxarın sıxlaşmasını önləyir.

Şüşələri əvvəlcədən təmizləyin.

Az miqdarda təraş köpüyünü şüşələrin üzərinə sürtün.

Yumşaq bir bezlə astaca silərək çox hissəsini alın.

Durulamadan silin. 

Bu üsul xüsusilə uzun və davamlı qoruma təmin edər.

5. Mikro havalandırma üçün gözlüyünüzü yüngülcə irəli sürüşdürün

Əgər maska taxırsınızsa gözlüyünüzü burun sümüyünüzün bir az daha irəlisində tutaraq isti havanın birbaşa  şüşələrə çatmasını önləyə bilərsiniz.

Gözlüyü çox möhkəm taxmayın ki, hava dövranı təmin edilsin.

Maskanı burun sümüyünüzə yaxşıca oturdun və hava axını girməsini ən aza  endirin.

Burun teli olan maskalardan istifadə edin, beləcə isti hava eynəklərə istiqamətlənməz.

6. Soda  və su qarışığı ilə təmizləmə

Soda eynək şüşələrinin səthində incə bir qoruyucu lay yaradaraq buxar meydana gəlməsini önləyir.

1 çay qaşığı sodanı bir neçə damla su ilə  məcun halına gətirin.

Şüşələrin üzərinə yüngülcə sürtün və qurumasını gözləyin.

Mikrofiber bir bezlə asta silin.

7. Çay və ya sirkə ilə təbii üsul

Qara çay və ya ağ sirkə ilə eynək şüşələrinizi silmək də buxar yaranmasını önləyə bilər. Çayın içindəki maddələr və sirkənin qələvi quruluşu şüşələrin buğlanmasını gecikdirər.

Pambığa bir neçə damla çay və ya sirkə damladın.

Şüşələri astaca silin və qurumağa qoyun.

Eynəkləri silərkən kağız dəsmal və ya sərt bezlərdən istifadə etməyin, çünki şüşələri cıza bilər.

Amonyak əsaslı təmizləyicilərdən qaçının, bu kimyəvi vasitələr linzaların örtüklərinə zərər verə bilər.

Həssas təmizləyicilər seçin.

Maskanızı doğru taxaraq buğlanmağı azalda bilərsiniz.

Vüsalə Əlövsətqızı, TurpKimi.com