Çindən bütün dünyaya yayılan və son 1 iliimizi alt-üst edən, kökündən dəyişdirən Covid-19-dan qorunmaq üçün müxtəlif mülahizələr var.
Hər gün koronavirusdan qorunmağın yolları haqda müxtəlif materiallar dərc edilir, sınaqlar keçirilir, təcrübələr aparılır.
Növbəti araşdırma gözlüyün koronavirusdan qorumaqda rolu haqdadır.
TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, Hindistanda aparılan son araşdırmalara görə, gözlük taxan insanlar taxmayanlara nisbətdə Covid-19-a daha az yoluxur.
Nanchang Universitetində aparılan araşdırmada virusun orqanizmə daxil olmasında ağız, burun və gözün əsas rol oynadığı qeyd edilib.
Eynək taxanlar gözlərini daha az ovuşdurduqları üçün daha az yoluxurlar
Yaşları 10 - 80 arasında dəyişən 304 adam araşdırmada iştirak edib. Bunların 19 faizi isə daimi eynək taxırmış. Eynək taxanların digərlərinə nisbətdə üç dəfə daha az xəstə olduqları müşahidə edilib. Araşdırmadan sonra verilən şərhdə isə "Bir insan saatda ortalama olaraq 23 dəfə üzünə, saatda ortalama 3 dəfə gözünə toxunma vərdişinə malikdir. Uzun davamlı eynək istifadə etmək gözlərə təkrar- təkrar toxunulmasını və ovuşdurulmasını önləyir"-deyə qeyd edilib.
Bundan əvvəl də mütəxəssislər linza istifadə edənləri eynək taxmağa səsləmişdi.
Vüsalə Əlövsətqızı, TurpKimi.com