Eynək taxanların maska dərdi - Şüşələrin buxarlanmaması üçün nə edək?


Koronavirusdan qorunmaq üçün maska taxmaq məcburidir. Gündəlik üz maskaları həyatımızın bir parçasına çevrilməktədir.

eynek-taxanlarin-maska-derdi
22.04.2020 20:22 1 dəq oxuma

Ancaq gözlük taxanlar üçün maska taxmaq daha çətindir. Çünki eynəyin şüşələri tez-tez buğlanır. 

TurpKimi.com maska taxanda eynək şüşələrinin buğlanmasına qarşı müəyyən həll yollarını təqdim edir:

Eynək taxan insanlar isti bir evdən soyuğa çıxanda və ya isti içki içdikləri zaman  eynək şüşələri buğlanır. Maska taxdığımızda da isti nəfəs yanaqlardan yuxarı çıxır. İsti hava daha soyuq lupalara çatanda  səthdə sıxlaşma olur və dumanlı bir görüntü yaranır.  

Maska taxarkən eynək şüşələrinizin buğlanmasını önləmək üçün bunları edə bilərsiniz:

Gözlüyünüzü sabunlu su ilə yuyun və özünün quruması üçün gözləyin. Sabun eynək şüşəsində xüsusi  təbəqə yaradaraq buğlanmağı önləyir.

Maskanızı burnunuzun körpüsünə sabitləyin ki,  nəfəsin yuxarı çıxmasının qarşısını alsın. 

Maskanı sıx bağlayın. Bağları və ya qulaq halqalarını maska üzünüzə tam olaraq oturacaq şəkildə nizamlayın.

Maskanızı bantlayın. Başqa bir variant maskanın üstünü burun körpüsünün ətrafına sabitlemek üçün tibbi bant və ya yapışqan bandajdan istifadə edin.

Maskanızı yuxarı çəkin. Maskanı çənənizin altında saxlayın, üstünü isə mümkün olduqca yuxarı çəkin. Gözlüyün maskanın üstündə durmasına diqqət edin. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com