Əzələ yığmaq və əzələləri inkişaf etdirmək, yağ yandırmaq üçün bir çox müxtəlif zülal ehtiyatına, tərəvəzə, meyvəyə, karbohidrata və sağlam yağlara ehtiyac var.
TurpKimi.com xəbər verir ki, sağlam əzələli orqanizmə ancaq məşqlə birlikdə sağlam qidalanma proqramı ilə çatmaq mümkündür. Məhz əzələ yığmamıza kömək edən qidalar:
Yumurta
Hər bir yumurtada 6-8 qram arası zülal olur. Eyni zamanda vitamin, sink, dəmir və kalsium var. Həmçinin A, E, D vitaminləri və xolesterin testosteron səviyyəsini yüksəldərək məşq öncəsi lazım olan enerjini yığmanıza kömək edər.
Balıq yağı
Balıq yağı orqanizminiz üçün əhəmiyyətlidir. Metabolizmanı sürətləndirir.
Toyuq
Toyuqda 30 ilə 100 qram arası zülal olur. Qızardaraq və ya sobada bişirərək istehlak edə bilərsiniz. Üstəlik toyuğu soyutma və ya salatlara qataraq da yeyə bilərsiz.
Qəhvəyi düyü
Bu qida olduqca sağlam karbohidrat qaynağıdır. Enerji verir.
Ananas
Ananasın tərkibində zülalı həzm edən bromelain adlı bir ferment var. Məşqdən sonra yeməkdə və ya yemək arası ananas yeyə bilərsiz. O, həmçinin əzələ iltihabını azaldır.
İspanaq
Tədqiqatçılar ispanağın tərkibində olan phytoecdysteroidsin əzələ böyüməsini 20 faizə qədər artırdığını sübut etdilər.
Şirin kartof
Mükəmməl bir A və C vitamini, kalium, riboflavin, mis, pantothetic turşu və fol turşusu qaynağıdır.
Brokoli
İspanaq, pomidor, qarğıdalı və istiotla birlikdə salatlara gül kələmi də əlavə edin. Bu tərəvəz mineral və lif qaynağıdır.
Süzmə pendir
Süzmə pendir zülal baxımından olduqca zəngindir. Uzun müddət toxluq hissi verir.
Banan
Güclü bəsləyici bir meyvədir və sağlam qidadır. Şəkər nisbəti bir az yüksəkdir, ancaq əzələ yaranmasında böyük rol oynayır.
Badam
Zülal və yağ baxımından əhəmiyyətlidir. E vitamini qaynağıdır. Güclü bir antioksidantdır.
Alabalıq (Somon balığı)
Omega 3 yağ turşuları əzələ yığmasında, əzələlərin inkişafında mühüm yer tutur. Bundan başqa, alabalıq yemək metabolizmanı gücləndirir. 100 qram alabalıqda təxminən 25 qram zülal var. Həmçinin D vitamini baxımından zəngindir. Əgər zülalı qırmızı ət yerinə, başqa bir mənbədən əldə edəcəksinizsə, bu balıqlar yaxşı seçimdir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 11-04-2019