F vitamini haqqında eşitmisinizmi?
TurpKimi.com xarici mediaya istinadla xəbər verir ki, diyetoloq Serkan Sıtkı Şahin dəri və sümük sağlamlığı, saçın uzanması və s. kimi proseslərdə əhəmiyyətli rol oynayan F vitamininin faydaları, istifadə sahələri və nələrdən alındığı haqda açıqlama verib.
F vitamini standart vitaminlərdən kənardadır. F vitamini iki yağ turşusu üçün istifadə edilir; Omeqa 3 yağ turşularına aid olan ALA (alfa-linolenik asid) və Omeqa 6-ya daxil olan LA (linoleikasid). ALA və LA əsas və qoxulu yağ turşularıdır. İnsan orqanizmində istehsal olunmur və maddələr mübadiləsi üçün olduqca əhəmiyyətlidir.
F vitamini yaxşı kalori qaynağıdır, ümumiyyətlə böyümə və inkişafı dəstəkləyir, təzyiqi tarazlayır, hüceyrə quruluşunu və immuniteti gücləndirir. F vitamini əskikliyi o qədər də sıx rast gəlinən bir hal deyil.
Əskikliyi; dəri quruluğu, uşaqlarda böyümədə ləngimə, beyin funksiyalarında inkişafın azalması, görmə problemləri, saç tökülməsi və yaraların gec yaxşılaşması kimi müxtəlif problemlərə səbəb ola bilər.
F vitamininin faydaları
F vitaminini yaradan ALA və LA yağ turşularının ayrı-ayrılıqda faydaları var.
Alfa-linolenik asid (ALA): Omeqa 3-ün əsas yağıdır və bir çox faydası vardır.
Ən əhəmiyyətliləri;
- Oynaqlarda, ağciyərlərdə və beyində iltihabı azaldar,
- Depressiya və anksiyetaya yaxşı təsir edər.
- Ürək xəstəliyi riskini azaldar,
- Böyümə və inkişafı dəstəklər.
Linoleik asid (LA): Omeqa 6 ailəsinin ilk yağıdır. Xüsusilə doymuş yağların yerinə istifadə edildiyində sağlamlıq baxımından bir çox faydası var:
Ən əhəmiyyətliləri;
- 2-ci tip diyabet riskini azalda bilər,
- Qan şəkərinin fəaliyyətini yaxşılaşdırar,
- Ürək xəstəliyi riskini azaldar.
Tövsiyə edilən gündəlik miqdar
F vitaminin faydalarından yüksək səviyyədə yararlanmaq üçün gündəlik ALA və LA nisbətinin normal miqdarda olması şərtdir. Ümumiyyətlə sağlam insan gündə 1.1 - 1.6 qram ALA və 11 - 16 qram LA ala bilər.
F vitamini ehtiva edən qidalar
ALA və LA ehtiva edən qidaları diyetinizə daxil edərək F vitaminini sağlam yollarla qəbul edə bilərsiniz. Həm ALA, həm də LA bitki mənşəli yağlarda və yağlı toxumlarda bol miqdarda var.
ALA qaynaqları: Kətan toxumu və yağı, çiya və qoz
LA qaynaqları: Badam, qoz, günəbaxan, soya paxlası yağı, qarğıdalı yağı, zeytun yağı
F vitamini iki təməl Omeqa 3 və Omeqa 6 yağ turşusundan yaranır:ALA və LA
Bu iki yağ turşusu; immunitet sistemi, təzyiq, qan laxtalanması və böyümə və inkişaf da daxil olmaq üzrə bir çox proseslərdə əhəmiyyətli dərəcədə rol oynayır.
Diyetinizdə LA: ALA nisbətini tarazlamaq çox əhəmiyyətlidir. Çox istehlak etmək mənfi nəticələnər.
Kətan toxumu, kətan toxumu yağı və çiya toxumu kimi ALA baxımından yüksək qidalar istehlak etmək bu vitaminin yaxşı təsirini mənfi tərəfə çevirə bilər. Ona görə də bu vitaminlə zəngin qidaları normadan çox qəbul etmək olmaz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 25-11-2019