Anaların uşaqlarla bağlı yol verdikləri yanlışlar...
Türkiyə Ortodontik Cəmiyyətinin üzvü Dr.Baku Çakırer “fast food” və zərərli qidalanmanın çənənin inkişafında mənfi təsirləri olduğunu bildirib.
Mütəxəssis bütün uşaqların 7-8 yaşlarında ortodontik müayinədən keçməsini, uşaqların dişləri düzgün görünsə belə, sadəcə bir dəfə də olsun çənəsində problemin olub-olmadığının təyin edilməsini bildirib.
Hətta bəzən problemin olduğu görünsə də, təcili müalicəyə ehtiyac duyulmaya bilər. Əsas ideal müalicənin nə zaman ediləcəyini müəyyən etməkdir.
Şirin və turş qidaların qəbulu, nəsə içildikdən sonra ağız təmizlənməsə dişlərdə çürüklərin yaranmasına münbit şərait yaradır. Uşaqların yatarkən əmzikli qabdan yedizdirilməsi isə ağız və dişlərin sağlamlığına son dərədə yanlış yanaşmadır. Bu vərdiş süd dişlərində çürümələrə səbəb olur.
Bundan başqa, çeynəmə funksiyasının tam yerinə yetirilməməsi də çənədə problemlər yaradır. Davamlı olaraq “fast food” kimi çox yumuşaq və zərərli qidalarla qidalanmaq çənə əzələlərində problemlərin ortaya çıxmasına səbəb olur.
Yazılıb:28.03.2019
Firuzə Alimova / TurpKimi.com