Faydaları saymaqla bitmir! - Bütün xəstəliklərə qarşı bədəndə qalxan yaradır


Yaddaşdan tutmuş göz və dəri sağlamlığına, ürək, ruh sağlamlığına qədər insan bədəninə və ruhuna şəfa olan ton balığının faydaları saymaqla bitmir.

faydalari-saymaqla-bitmir
25.01.2023 19:49 3 dəq oxuma

Zəngin Omeqa-3 tərkibi və zülal qaynağı ilə hər mövsümdə istehlak edilə bilən ton balığı, uşaqlarda zəka inkişafından başlayaraq, yaşlılıqda ürək və göz sağlamlığına qədər ömür boyu qoruyucu bir qidadır. 

TurpKimi.com xəbər verir ki,  Bəslənmə üzrə mütəxəssis və Diyetoloq Berrin Yiğit ton balığının 7 möcüzəvi faydasından bəhs edib.

Bol su istehlakı, nizamlı yuxu və düzgün məşq sağlam və gümrah həyat üçün ən önəmli faktorlardır. Ancaq bu siyahıda ilk sıralara namizəd, vitamin və mineral baxımından zəngin bir qaynaq daha var:

Hind və Atlantik Okeanının tərtəmiz və dərin sularından süfrələrimizə gələn qatqısız ton balıqlarının ən təbii Omeqa-3 qaynağı kimi ruh sağlamlığından immunitet və maddələr mübadiləsinin güclənməsinə qədər bir çox faydası var. 
Qeyri-sağlam bəslənmə və kifayət qədər qidalanmamaq bütün dünyada digər bütün risk faktorlarından daha çox ölümə səbəb olur. Ton balığı nizamlı istehlak edildikdə immunitet sistemini gücləndirir,  xəstəliklərə qarşı bədən müqavimətini artırır, ürək və sümük sağlamlığı, xərçənglə mübarizə, dəri və göz sağlamlığı üçün çox faydalı bir qidadır. 

Gündə 100 qram ton balığı istehlak edən bir adamın gündəlik zülal ehtiyacının 50 faizdən çoxu qarşılanır. Hər balığın eyni nisbətdə immuniteti gücləndirməkdə faydalı olduğunu  unutmamaq lazımdır.

Balıq ancaq təbii mühitində yetişdirildiyi zaman tam bir immunitet silahıdır. Ton balığının yeddi möcüzəvi faydası haqda məqaləni təqdim edirik:

1- Ton balığı ürəyinizi qoruyar 

Ürək narahatlıqları və xərçəng yalnız obezitenin deyil, bütün pis bəslənmə vərdişlərinin nəticəsi kimi ortaya çıxır. İşin sirri isə ton balığında çox  olan Omega-3-dədir.  Omeqa-3 yağ turşuları qandakı lipid səviyyəsini aşağı salaraq, yüksək pis xolesterolu olan insanlara fayda verir və ürək ritminə nəzarət edir.

2- İmmunitetin ən yaxın dostudur 

Dünya Sağlamlıq Təşkilatının immuniteti gücləndirən qidalar arasında sıraladığı konserva ton balığı, selenium, D və B vitamini kompleksi kimi qiymətli vitamin və minerallarla zəngin qidadır. 

Doğru bəslənmənin ən zəngin qaynağı olan ton balığından gündəlik 100-300 qram istehlak edilməsi ehtiyacımız olan Omeqa-3 miqdarını qarşılayır, immunitet sistemimizin güclənməsində ən böyük dəstəyi təmin edir.

3- Beyin sağlamlığını dəstəkləyir, iflici önləyir 

Dopamini və serotonini nizamlayaraq beyin funksiyalarının düzgün işləməsinə  kömək olan Omeqa-3 qan damarlarını gücləndirib, qan dövranını dəstəklədiyi üçün iflic ehtimalını azaldıcı təsirə malikdir.

4- Xərçənglə mübarizədə qalxan rolunu oynayır

Antioksidant qaynağı olan Omeqa-3, bədəni toksinlərdən təmizləyən, xərçəng hüceyrələri ilə mübarizə aparan qidaların önündə gəlir.

5- Dərinizə Omeqa-3 möhkəmlətməsi verir 

Omeqa-3 mövsümi dəyişikliklərlə əlaqəli allergiyalara səbəb olan patogenlərlə var gücü ilə mübarizə aparar.  Dərini günəşin zərərli şülarından qoruyar.

6- Göz xəstəlikləri ilə  mübarizə aparar

Doğru bəslənmə  göz sağlamlığına da təsir edir.  Göz sağlamlığını inkişaf etdirən Omeqa-3 katarakt kimi göz xəstəlikləri ilə mübarizədə olduqca faydalı bir təsirə malikdir.

7- Bədəndə sağlam ruh yaradar

Pandemiyaya görə, insanlar özlərini bədbəxt hiss etməyə başlayıblar. 

 Az miqdarda alınan Omeqa-3 yağ turşuları zehni xəstəliklərin yaranmasını da azaldır və mövsümi depressiya ilə mübarizədə də təsirli  rola malikdir.

Xroniki stress əlamətləri, yuxusuzluq və əsəbiliyin müalicəsində təsirli olan Omeqa-3 sayəsində baharı gümrah və sağlam bir şəkildə qarşılamağın indi tam zamanıdır!

Vüsalə Əlövsətqızı, TurpKimi.com

08-04-2021