Avropada virusun ən çox yayıldığı İtaliyadan görüntülər...
TurpKimi.com bildirir ki, əyninə xüsusi geyim geyinən jurnalist xəstəxananın “ölüm dəhlizləri”ndə gəzib.
Müxbir xəstəxanada virusa yoluxmuş xəstələrin əlindən yer olmadığını, reanimasiya şöbələrinin isə çoxdan dolub daşdığını, canıyla əlləşən insanların çoxunun dəhlizlərdə yerləşdirildiyini lentə alıb. Ölkədəki bəzi həkimlərin dediyinə görə, bu, hələ başlanğıcdır.
Qeyd edək ki, Avropada virusun ən çox yayıldığı İtaliyada hər ötən gün vəziyyət kəskinləşir. Yoluxucu virusdan ölənlərin sayı 3 minə yaxınlaşıb.
Sözügedən reportajı təqdim edirik:
Firuzə Alimova / TurpKimi.com