Feng Şui nədir?


Çin mədəniyyəti olan "Feng Shui" necə tətbiq olunmalıdır?

feng-sui-nedir-1
12.08.2022 20:44 1 dəq oxuma

Tarixi bundan 5 min il əvvələ dayanan Çin mədəniyyəti olan Feng Şui (Feng Shui) söz kimi külək və su mənasını verir. Əslində isə Feng Şui  külək və suyun yaydığı enerjini evinizin içərisinə əks etdirə bilmə sənətidir. Təbiət ilə olan uyğunlaşmanı üzə çıxardır.

TurpKimi.com xəbər verir ki, Feng Şuinin məqsədi isə insan həyatına, hüzur, şans, sağlamlıq, xoşbəxtlik və enerji verməkdir.

 "Feng Shui"yə görə hər rəngin, əşyanın bir enerjisi vardır və bu vəziyyət sizin də enerjinizi yüksəldə bilər, ya da əksinə aşağı sala bilər. Bunu diqqətlə araşdıraraq və inanaraq etmək lazımdır. İnanc və müsbət enerji ilə istənilən dincliyə, sağlamlığa və xoşbəxtliyə çata bilərsiniz. Gəlin birlikdə "Feng Shui" ilə dizayn edilmiş bir neçə ev görək.

 Soft rənglərin xoş təsir bağışlayan və rahatlaşdırıcı uyğunlaşması insanı xoşbəxtliyə təşviq edir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

20-07-2022