TurpKimi.com Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyənin Zonquldak rayonunda kəndli fındıq bağlarını çöl donuzlarının hücumundan qəribə üsulla qorumağın yolunu tapıb.
Ünver Bozkurt fındıq bağına donuzlar girməsin deyə, bərbərlərdən topladığı saç tüklərini tarlasına tökür.
Saçları tarlasında olan fındıq ağaclarının budaqları arasına qoyaraq, donuzların tarlaya girməsini əngəlləyir. Belə ki, iyul aylarında fındığın yetişmə mərhələsində donuzlar bağa girərək ağacları talan edir və fermerə maddi zərər vurur.
Fermer bu üsulu özü kəşf edib. O qeyd edib: "Heyvanlar adətən insanlardan qaçır, qorxur. Hətta görmədiyi halda qoxusunu biləndə qaçırlar. İnsan saçları da qoxu yaydığı üçün mən bu üsula müraciət etdim və həqiqətən uğurlu oldu. Xilas olduq. Təxminən 3 ildir ki, sınaqdan keçirirəm. Bu üsulla qətiyyən hər hansı bir zərər görmədən fındığı yığım sonunda itki vermədən toplayıram. Digər fermerlərə də belə etmələrini tövsiyə edirəm."
Vüsalə Əlövsətqızı, TurpKimi.com