Fevralın 15-dən kimlərin “Peyvənd sertifikatı” etibarsız sayılacaq?


"İkinci dozadan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici doza qəbul olunmalıdır".

fevralin-15-den-kimlerin-peyvend-sertifikati-etibarsiz-sayilacaq
06.01.2022 18:38 1 dəq oxuma

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əks halda 2-ci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin "Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.

Həmçinin bildirilib ki, "İmmun sertifikatı” olan şəxs xəstəliyindən 6 ay keçdikdən sonra buster doza qəbul edibsə, onun "İmmun sertifikatı” "Peyvənd sertifikatı” ilə əvəzlənir. Bu səbəbdən fevralın 15-dən həmin şəxsin "Peyvənd sertifikatı”nın müddətinə hər hansı bir məhdudiyyət qoyulmayacaq.

TurpKimi.com