Fevralın 16-na olan hava haqda


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

fevralin-16-na-olan-hava-haqda-1
15.02.2023 17:08 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək, havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

TurpKimi.com