Fevralın 17-nə olan hava haqda


Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz keçəcək.

fevralin-17-ne-olan-hava-haqda
16.02.2023 22:47 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə duman, yağıntılı olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

TurpKimi.com