Fevralın 19-u hava necə olacaq?


Fevralın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

fevralin-19-u-hava-nece-olacaq
18.02.2020 15:29 1 dəq oxuma

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz  8-11, Bakıda  gecə 4-6, gündüz  9-11 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, atmosfer  təzyiqi 771 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 65-75, gündüz 55-60 faiz olacaq.   

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi cənub rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

TurpKimi.com