Fevralın 3-nə olan hava haqda


Fevralın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

fevralin-3-ne-olan-hava-haqda-1-2
02.02.2025 20:31 1 dəq oxuma

Bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib.

Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.

TurpKimi.com