Fevralın son günlərinin havası


"Fevralın 26-dan sonunadək ölkə ərazisi nisbətən yüksək təzyiq sahəsinin təsiri altında olacaq. Oksigenlə zənginləşən əsasən yağmursuz, mülayim küləkli hava şəraiti üstünlük təşkil edəcək".

fevralin-son-gunlerinin-havasi
25.02.2021 20:43 1 dəq oxuma

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report"a bildirib ki, havanın temperaturu ötən günlə müqayisədə yüksələcək və gündüz saatlarında paytaxtda 4-8 dərəcə isti olacaq.

O qeyd edib ki, bu gecə havanın temperaturu 0-1 dərəcə şaxta olsa da, fevralın 27-28-də gecə saatlarında mənfi temperatur gözlənilmir: “Rayonlarda da fevral ayının 28-i axşamadək hava mülayim, əsasən yağmursuz keçəcək, lakin bəzi yerlərdə duman olacaq”.

TurpKimi.com