Feyxoa südlə qarışdırılıb yeyilməməlidir.
Mövsümündə hər meyvəni dadmaq vacibdir, feyxua kimi... Meyvənin tərkibi
- C, P, PP, fosfor, natrium və B1, B2, B5, B6 bə B9 vitaminləri ilə zəngindir;
- Meyvələrin efir yağlarında antiinflamatuar təsiri aşkarlanıb;
- Feyxoanın özündən və yağından dermatologiya və kosmetalogiyada istifadə olunur;
- Dəmir, sink, maqnezium, mis, üzvü yod birləşmələri ilə zəngindir;
- Feyxoanın tərkibindəki yodun dəyəri dəniz məhsullarındakı ilə eynidir, hətta rəqabətdədir;
- Tərkibindəki essensial yağlar cavanlaşmağa kömək edir;
- Depressiv pozulmalar üçün meyvənin toxumlarından istifadə olunur;
- Feyxoanın tərkibində böyük miqdarda yod, fol turşusu, dəmir və kalium var;
- Meyvədə sağlamlıq üçün əsas olan 5 amin turşu var: alanin, asparajin, arhinin, qlutamin və tirozin;
Endokrinoloqlar tropik meyvələrin tiroid vəzi üçün vacib olduğunu bildirirlər. Davamlı yedikdə xolestrolun səviyyəsini aşağı salaraq qan dövranını yaxşılaşdırır.
Uroloqlar prostatla bağlı problemi olan kişilərin hər gün feyxoa yeməsini məsləhət görür. Bundan başqa, meyvə hormonları normallaşdırır və kişilərdə cinsi aktivliyi artırır. Lakin bu təkcə kişilər üçün keçərli deyil. Qadınlar da bu ekzotik meyvə sayəsində bədən quruluşlarını və dərinin cavanlığını qoruya bilər. Bu meyvə asanlıqla arıqlamanıza kömək də edəcək. Feyxuadan hazırlanan üz maskaları yaşlanmanı gecikdirir və üzdəki qırışları azaldır.
100 qram feyxoa yeyildikdə orqanizmə 0,5 mq yod daxil olur. Gündə sadəcə 4-5 ədəd yetişmiş feyxua yeməklə ondakı elementlərlə bədənin gündəlik vitamin ehtiyacını qarşılamaq mümkündür.
Meyvənin immun sistemi üzərində çox faydalı təsiri var. Bədəni virus və bakteriyalardan, stress və depresiyalardan, vitamin əskikliyindən və mineralların nizamsızlığından qoruyur.
FEYXOANIN ZƏRƏRLƏRİ
Həddən çox yeyildikdə faydalı olan meyvə sağlamlıq üçün bəzi problemlərə səbəb ola bilər. Belə ki, meyvə allergik reaksiya da verə bilər. Bir ədəd yedikdən sonra özünüzü yaxşı hiss etmirsinizsə, növbətisini yeməkdən uzaq durun. Buna səbəb meyvənin tərkibində yodun və üzərində hər hansı maddənin olmasıdır. Ona görə də yeməzdən əvvəl meyvəni çox yaxşı yuyun.
Yetişməmiş feyxuanın həzm sisteminə mənfi təsiri var. Zəhərlənməyə belə səbəb ola bilər. Əgər tam yetişməmiş meyvələr almısınızsa, ən yaxşısı otaq temperaturunda saxlayın.
Feyxuanı soyuducuda 7 gündən çox saxlamayın. Bu mühitdə meyvələr xarab ola bilər.
Bir insanda yodun göstəriciləri çoxdursa, feyxua yeyərkən diqqətli olmalıdırlar. Bu zaman xoş olmayan göstəricilər yaşana bilər, məsələn, temperaturun qalxması, sürətli ürək döyüntüsü, hipereksitabilitə, isterik vəziyyət, ümumi zəiflik və depresiya.
Əgər diabet, piylənmə, pankreatit, yüksək turşulu qastrit varsa, feyxua yeyərkən diqqətli olun.
Tropik meyvəyə əks göstərişlər verə biləcək səbəblər:
- Bədəndə yod həddən artıqdırsa;
- Şəkərli diabet xəstələri ehtiyatla yeməlidir;
- Südlə qarışdırılıb yeyilməməlidir, çünki mədədə ciddi narahatlığa səbəb ola bilər;
- Çətin həzm olunduğu üçün 1 yaşından balaca olan uşaqlara verilməsi məsləhətli deyil;
- Hamilə və süd verən analar az miqdarda yeməlidir; Hamiləliyin 12-ci həftəsində faydalıdır. Bu dövrdə uşağın tiroid vəzi inkişaf edir;
Feyxua çox yeyildikdə əsəbilik və narahatlıq yarada bilir. Ümumiyyətlə, istənilən qida və ya meyvənin mənfi təsirlərin qarşısını almaq üçün heç vaxt heç bir məhsulu ilk dəfə üçün çox yeməyin, az-az dadına baxın. Çünki hər birimiz fərqliyik.
Firuzə Alimova / TurpKimi.com
Dərc olunub: 01-12-2019