Fincanda tort bişirmək bəlkə də ağıla o qədər də məntiqli bir şey kimi gəlmir, amma sınaqdan keçirdin. ləzzətinə heyran qalacaqsınız.
TurpKimi.com fincanda tort üçün lazım olan ərzaqların siyahısını oxucularla bölüşür:
1/4 fincan un
2 yemək qaşığı şəkərsiz kakao
2-4 yemək qaşığı şəkər tozu
bir çimdik duz
1 ədəd yumurta
3 yemək qaşığı süd
3 yemək qaşığı hind qozu (kokos) yağı
1 çay qaşığı vanilin
15-30 qr yarı şəkərli şokolad
bir az -- hindistan qozlu krem şanti
(1 nəfərlik - 5 dəqiqə)
Hazırlanma qaydası:
İstiyə davamlı fincanın içini yüngülcə yağlayın. Quru ərzaqları fincana əlavə edib qarışdırın, daha sonra maye halında olanları əlavə edib çəngəllə çırpın. Eynicinsli sıyıq halında alınanadək qarışdırın. Fincanın dibində un qalmadığına əmin olun. Şokoladları qırıb fincanın ortasına qoyun. Mikrodalğalı sobaya qoyub 1200 Vattda 1,5 dəqiqə bişirin. Mikrodalğalı sobanızda bu güc səviyyəsi yoxsa, bu səviyyəyə yaxın güclərdə bir neçə saniyə daha çox bişirin. Soyumasını gözləyin və üzərinə hindistan qozlu krem şanti sürtüb ilıq halda servis edin.
Əsas məqama diqqət:
Mikrodalğada tortu hazırlayarkən əhəmiyyətli olan nöqtə uyğun mikrodalğa gücünü və bişirmə müddətini tapmaqdır. Bu tort üçün 1200 Vattda 1,5 dəqiqə bişirmə tam uyğundur. İki dəqiqədən çox qalsa çox bişmiş olacaq.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
13-07-2022