Əsrlər öncə, texnologiyanın olmadığı bir dövrdə insanlar xəstəlikləri bitkilərin köməyi ilə müalicə edirdilər.
Fitoterapiya bitkilərlə müalicə deməkdir, fito-bitki, terapiya- müalicə mənasını bildirir. İnsan yaradıldığı gündən bəri istifadə edilən müalicə üsuludur. Az qala bütün xəstəliklərin, bütün xroniki xəstəliklərin müalicəsində fitoterapiyanın gücü özünü hələ də göstərir.
Xərçəng xəstəliklərində fitoterapiya
TurpKimi.com xəbər verir ki, bitki mənşəli müalicə son dövrdə xüsusilə xərçəng xəstələrində sıx şəkildə istifadə edilməkdədir.
Fitoterapiyanın DNT-yə vurulan ziyanı həm önləyici, həm də təmir edici xüsusiyyəti vardır. Fitoterapiyanın həm də anti şiş xüsusiyyətləri, yəni xərçəng hüceyrələri üzərində birbaşa öldürücü xüsusiyyətləri var. Fitoterapiya şiş meydana gəlməsini önləyici və meydana gəlmiş şişi öldürən bir müalicə üsuludur. Kimyaterapiyada müəyyən bir müddətdən sonra müqavimət yaranır və fitoterapiya müalicəsi bu müqaviməti ortadan qaldırır. Metastaz deyilən vəziyyətlərdə, xərçəngin son mərhələsində belə bitki mənşəli müalicələrin çox ciddi faydaları vardır.
Xərçəng xəstələrində radioterapiyanın və kimyaterapiyanın yan təsirlərinin aradan qaldırılmasında fitoterapiyanın çox böyük təsiri vardır.
Xəstəyə xüsusi rahatlıq verir, müalicəsinə müsbət təsir edir. Xəstənin müalicə şansı fitoterapiya ilə daha da çox yüksəldilir. Fitoterapiya həm xəstənin qidalanmasını, həm də müalicəsini yaxşı istiqamətlərə yönləndirir.
Fitoterapiya köməkçi üsul kimi də, xəstəlik meydana gəlməzdən əvvəl istifadə edə biləcəyimiz bir üsuldur. Xəstəlik yoxlanıldıqdan sonra da istifadə edə biləcəyimiz bir üsuldur. Həm xərçəngin erkən mərhələlərində istifadə edilir, həm də xərçəngin 3 və 4-cü mərhələsində faydalanmaq mümkündür. Xəstə qidalana bildiyi müddətcə fitoterapiyadan faydalana bilərik. Xərçəngin yayılmasını, xərçəngin böyüməsini təmin edən bütün səbəblər üzərində fitoterapiyanın ciddi təsirləri var və elmi işlərdə bu sübuta yetirilib.
Hər xəstəlikdə tətbiq oluna bilir
Fitoterapiyanın xroniki xəstəliklərin müalicəsində təsiri böyükdür. Bitkilərlə qidalanmağın gücü ta qədimdən bu günümüzədək özünü göstərir. Burada əsas məsələ hansı xəstəlikdə, hansı bitkilərdən istifadə etməyi düzgün bilməkdir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com