Fiziki və psixoloji şiddətə məruz qalmamaq üçün nə etməli? - #qadınaşiddətəyoxde


Dünyada hər 10 qadından 8-i psixoloji təzyiqə məruz qalır.

fiziki-ve-psixoloji-siddete-meruz-qalmamaq-ucun-ne-etmeli
08.03.2022 10:04 4 dəq oxuma

Pandemiya dövründə iqtisadi və ictimai vəziyyətin gərginləşməsi qadınlara daha çox təsir etdi. 

Turpkimi.com xəbər verir ki,  dünyada hər üç qadından biri  həyat yoldaşı, ya da sevgilisi tərəfindən cinsi və fiziki təzyiqə məruz qalır. Pandemiya dövründə isə qadınlar daha çox məişət zorakılığına və psixoloji şiddətə məruz qalırlar. 
Yeni aparılan  araşdırmalara görə,  dünyada  hər 10 qadından 8-i  sevgilisi və ya həyat yoldaşı  tərəfindən psixoloji şiddətə məruz qalır. Qadına psixoloji şiddət xüsusilə, eşqbazlıq,  nişanlı qalmaq kimi evlilikdən  əvvəlki dövrdə baş qaldırır. 

Beykoz Universiteti, İctimai Elmlər Fakültəsinin müəllimi, kliniki psixoloq prof. Dr. Ebru Şalcıoğlunun qeydinə görə,  fiziki şiddət birdən-birə başlamır. "Qadınların fiziki və cinsi şiddətə məruz qalmamağı üçün  yaşadıqları psixoloji şiddətə vaxtında əhəmiyyət vermək lazımdır. Aparılan araşdırmalar da göstərir ki, fiziki şiddətə məruz qalan qadınların az qala hamısı psixoloji şiddətə də məruz qalır". 

Şalcıoğlunun verdiyi məlumata görə, psixoloji şiddət  "mental şiddət", ya da "romantik istismar" kimi də  adlandırılır. "Qadına istiqamətlənən  psixoloji şiddət onu stressə salacaq davranışlar ilə reallaşır. Bu hal  qadının özünə olan  etibarını azaldır. Romantik və fiziki ehtiyacların görməməzliyə vurulması ilə  qadınlar qorxu yaradan təhdidlərə, azadlığını məhdudlaşdırıcı və alçaldıcı davranışlara məruz qalırlar. Özünə inamı sarsıdan davranışlar, qadını günahlandırma, qadının dəli olmağına inandıran vəziyyətlərlə də tez-tez qarşılaşırıq". 

Qadının davamlı olaraq  alçaldılması və təhdid edilməsi çətin bir müddətin başlanmasına səbəb olur.  Qərb ölkələrində aparılan araşdırmalar göstərir ki, hər 10 qadından 8-i partneri tərəfindən psixoloji şiddətə uğrayır. Psixoloji şiddətlə başlayan davranışlar daha sonra fiziki şiddətlə nəticələnir.

Əslində yüksək ali savadlı və iqtisadi cəhətdən azad olan qadınlar psixoloji  şiddətlərə daha çox məruz qalırlar.  Qadınların əksəriyyəti  yaşadıqları bu vəziyyətin psixoloji şiddət olduğunun fərqində belə olmur. Çünki şiddət fiziki olmadıqca kimsə buna şiddət kimi  baxmır. Psixoloji şiddət - fiziki və cinsi şiddətin də ola biləcəyini göstərir. Bu mövzuda qadınlar son dərəcə bilgili olmalıdırlar. Cəmiyyət olaraq qadın və kişini  bənzər bərabər haqq və məsuliyyətə sahib fərdlər kimi görməyi bacarmalıyıq. Uşaqlarımıza düzgün təhsil verməklə  qadını alçaldan ifadələrin dəyişməsinə nail ola bilərik. 

Araşdırmalar da psixoloji şiddəti sübut edir

Professor Şalcıoğlu qadınlara göstərilən  şiddətin psixoloji təsirini anlaya bilmək üçün 2017-ci ildə 220 qadın arasında "Qadın Sığınma Evləri Araşdırması"  tədqiqatı aparıb. “Araşdırmaya qatılan qadınların  97 faizi fiziki şiddətə məruz qalıb və bunların 91 faizi  yaralanma ilə nəticələnib. 

Türkiyə daxilində digər bir  "Psixoloji Şiddət Araşdırması" aparılıb. Bu araşdırmaya  1012 qadın, 20 kişi  qatılıb. Burdan belə çıxır ki, təkcə qadınlar psixoloji şiddətə məruz qalmır.  Bu araşdırma nəticəsində yalnız 2 qadın heç bir psixoloji şiddət davranışına məruz qalmadığını bizə bildirdi”. 

Araşdırma nəticəsində fiziki və cinsi şiddətə uğrayan qadınların daha yüksək miqyasda psixoloji şiddətə məruz qaldıqları məlum olub. 

Şiddətə uğrayan qadının psixologiyasındakı olan dəyişikliklər:

- Psixoloji şiddətə uğrayan qadınlar qorxu və narahatlıq içində yaşayır.

- Psixoloji şiddət qadının qayğılarını artırır və daim qayğılı vəziyyətdə olmağına səbəb olur. 

- Psixoloji şiddət qadının özünə olan inancının, özünə olan inamının itirilməsinə səbəb olur.

- Psixoloji şiddət qadınların özünü çarəsiz və depressiv hiss etməsinə səbəb olur. Qadın davamlı özünü düzəldərək bir şəkildə şiddətə maneə törətmək səyi göstərir və daim özünü buna hazırlayır. 

- Şiddətdən sonra yaranan qorxu qadının itaət etməsinə səbəb olur.

- Şiddətə uğrayan qadınlarda Post-travmatik stress pozuqluğu problemi inkişaf edir. 

Posttravmatik stress pozuntusu (PTSP) — bir və ya bir neçə son dərəcə təhlükəli və ya fəlakət xarakterli stress hadisəsi və ya vəziyyəti nəticəsində inkişaf edir. (-Red) 

- Kompleks problemlərdən biri olan PTSP-dən  sonra yaşadığı hadisələri qadınlar zehinlərindən çıxarda bilmirlər. Gündəlik həyatında travmanı, şiddəti xatırladıcı şeylər ilə qarşılaşdıqlarında çətinliyi təkrar-təkrar yaşayırlar.

-Travmanı xatırladacaq hadisələr qarşısında ürəyin tez-tez vurması, tərləmə, titrəmə, ağrı kimi müxtəlif şikayətlər meydana gəlir.

- PTSP olan şəxslər qorxu, qayğı, utanma kimi duyğuları tez-tez yaşayırlar. Müsbət duyğuları yaşamada çətinlik çəkirlər. Məsələn,  yaxşı bir xəbərə sevinə bilməmək, duyğularda məhdudlaşdırılma, özü və dünya ilə bağlı düşüncələrində pozulmalar və s. 

- PTSP  müşahidə olunan qadınlarda yaranan bəzi davranışlar belədir: Yuxu nizamları pozular, çox tez hirslənərlər, diqqətləri çox tez dağılar, özlərinə zərər verə bilərlər, hər hansısa bir təhlükənin gəlməyini sanki gözləyərlər, ani səs və hərəkətlər nəticəsində diksinərlər.

- Şiddət  qadınlarda posttravmatik stress pozuntusunun  yaşanma  riskini 4 dəfə və  depressiya riskini də 2 - 3  dəfə artırır.

- Əri tərəfindən şiddətə məruz qalma  intihar riskini 3.5 dəfə artırır. 

Vüsalə Əlövsətqızı, Turpkimi.com

Dərc olunub: 07-03-2021