Fol turşusu hansı vitamin sayılır?
B9 vitamini olaraq adlandırılan fol turşusu orqanizmin DNA və qırmızı qan hüceyrələri yaratması üçün istifadə etdiyi çox vacib bir vitamindir. Fol turşusu əksikliyi gücsüzlük, baş ağrısı, depressiya və sinirin funksiyalarının azalmasına səbəb olur.
Fol turşusu orqanizmdə bir çox fəaliyyətə kömək edir. Onun həyata keçirdiyi funksiyalar arasında DNA-nın formalaşması, proteinlərin parçalanması, beynin funksiyası və inkişafı, qırmızı qan hüceyrələrinin yaranması əsas rol oynayır.
Orqanizmdə fol turşusu çatışmadıqda hansı göstəricilər olur?
Fol turşusu əksikliyinin göstəricilərini anlamaq, sizə həkimə müraciət edib tez bir zamanda qarşısını almağa kömək edəcək. Fol turşusunun səviyyəsi dalğalandıqca simptomlar hərdən dəyişə də bilər.
Simptomlar bunlardır:
1-Dilin şişməsi;
2-Ağız yaraları;
3-Yorğunluq;
4-Gücsüzlük;
5-Əsəbilik;
6-Baş ağrısı;
Fol turşusu əksikliyi müalicə olunmasa, müəyyən müddətdən sonra ciddi problemlər yarada bilər. Bunlar:
- Depressiya
- Azalmış sinir funksiyaları
- Hamiləsinizsə, dölün inkişafında problemlər
Fol turşusu əksikliyi qandakı fol turşusu səviyyəsinin qan plazmasında hər millimetrdə 2 nanoqramdan (ng/ml) və qırmızı qan hüceyrələrində 140 ng/ml-dən aşağı düşdüyü zaman meydana gəlir. Bir çox səbəb fol turşusu əksikliyinə gətirib çıxara bilər. Ən çox qidadan kifayət qədər fol almadıqda, problem qabarmağa başlayar.
Fol turşusunun gündəlik qəbulu:
0-6 ay: 65 mikrogram
7-12 ay: 80 mikrogram
1-3 yaş: 150 mikrogram
4-8 yaş: 200 mikrogram
9-13 yaş: 300 mikrogram
14-18 yaş: 400 mikrogram
19+ yaş: 400 mcg
Hamiləlikdə: 600 mikrogram
Əmizdirərkən: 500 mikrogram
Firuzə Alimova / TurpKimi.com
22-06-2021