Dərin diş çürüklərində diş sinirinin ölməyə başlaması ilə iltihablanma yaranır. İltihab kökün kənarına yayılaraq toxumalara təzyiq edir və ağrı meydana gəlir.
Hormonların gecə saatlarında dəyişməsilə ağrı da artmağa başlayır. Bəs gecə başlayan diş ağrıları ilə necə mübarizə aparmalı?
TurpKimi.com təqdim edir:
Diş ağrısı çəkməmək üçün tövsiyələr
- Dişlərin üzərində və arasında qalan qida artıqları diş fırçası və diş ipi ilə təmizlənməlidir.
- Ağrıyan dişin üzərinə hər hansı bir ağrı kəsici dərman və spirt kimi məhlul qoyulmamalıdır.
- Kimyəvi tərkibinə görə bu kimi dərmanlar diş ətində və ətraf yumşaq toxumalarda dağılmaya səbəb ola bilər. Bu da diş ağrısı ilə bərabər ikinci bir ağrının əmələ gəlməsinə yol açır.
- Əgər iltihabdan üzdə şişlik varsa, o bölgəyə soyuq kompres tətbiq edilə bilər.
- Diş həkiminə çatana qədər ağrı kəsici ataraq ağrının qarşısı alına bilər.
Unutmamaq lazımdır ki, bunlar sadəcə ağrını müvvəqqəti kəsir. Daha ağır nəticələrlə üzləşməmək üçün dərhal uyğun zaman tapıb həkimə müraciət etməkdə fayda var.
Vüsalə Əlövsətqızı, TurpKimi.com