Gecələr bizi depressiyaya salan, beynimizi pozan - NƏDİR?


4 mənfi təsir...

geceler-bizi-depressiyaya-salan-beynimizi-pozan-nedir
30.03.2021 10:05 2 dəq oxuma

Bəziləri ac yatarkən arıqlayacağını düşünür. Amma bu, arıqlatmaqdan çox, insanda fiziki və psixoloji xəstəliklərə səbəb olur.

TurpKimi.com bildirir ki, aparılan araşdırmalara görə, ac yatmaq öyrənmə və iş qabiliyyətini aşağı salır. Fiziki aktivlərin azalmasına və serotonin hormonunun az ifraz olunmasına gətirib çıxarır ki, nəticədə depresiyaya meyillik artır.

1 – ƏZƏLƏ  KÜTLƏSİ  İTİR

Əzələ kütləsini artırmağa çalışarkən ac qalmaq pis seçimdir. Gecə vaxtı atışdırmalıqlardan uzaq durmaq üçün, axşam yüngül yemək yeyin. Bununla da bədəninizi ac qalma stresindən xilas edərək daha rahat yatacaqsınız.

2 – KÖKƏLDİR

Bəli, səhv eşitmədiniz. Bu yolla arıqlamaq istəyərkən, əks təsirlə qarşılaşarsınız. Çünki axşamlar yemək yeməyi tamilə kəssəniz, bədən lazım olan enerjini verə bilmədiyi üçün özünü müdafiəyə keçərək bazal metabolizmanı bir az yavaşladacaq. Ona görə də yatmazdan 2-3 saat əvvəl yüngül bir yeməklə qan şəkərinizi nizamlayıb yatın.

3 – YUXUNUN KEYFİYYƏTİNƏ MƏNFİ TƏSİR EDİR

Bir çoxumuz yatmazdan əvvəl aclıqdan quruldayan qarnımızla yuxuya gedə bilmədiyimizə şahid olmuşuq. Bu zaman yemək əvəzinə, salat və ya su ilə aclığı yatışdırmanız məsləhətlidir. Daha tez yuxuya gedə və yeni günə enerjili başlaya bilərsiniz.

4 – ENERJİNİZ AŞAĞI DÜŞÜR

Axşam yeməyini yemədən ac yatırsınızsa, demək yeni günə yanacaqsız başlayırsınız. Səhər enerjili olmağın yeganə yolu mədədən keçir. Həm fiziki olaraq, həm də beynin güclü olması üçün lazımi vaxtlarda qidalanmalıyıq. Pis əhval-ruhiyyə ilə yuxudan oyanıb yeni günə stresli başlamaq sizə və orqanizminizə heç bir fayda verməyəcək, bunu unutmayın!

Firuzə Alimova / TurpKimi.com