Qızıl qaydanı pozduqda nə baş verər?
Bədən quruluşunuza xüsusi diqqət edirsinizsə, o zaman meyvəni nə vaxt yeyib-yeməyəcəyinizi bilməlisiniz.
Ümumiyyətlə, dietoloqlar yatmazdan 3-4 saat əvvəl yemək yeməməyi məsləhət görür. Bu qızıl qaydaya əməl etmək hər kəsin sağlamlığı üçün faydalıdır. Bəs gecə yatmazdan əvvəl yeyilən meyvə necə, xeyirlidir, yoxsa ziyan?
TurpKimi.com UNİAN-a istinadla xəbər verir ki, ukraynalı dietoloq Svetlana Fus xəbərdarlıq edir ki, meyvələrin əksəriyyətində çoxlu miqdarda qlükoza var və onun orqanizmdə artıqlığı piylənməyə səbəb olur. Mütəxəssis vurğulayıb ki, meyvələr yalnız günün birinci yarısında orqanizmin ehtiyac duyduğu qidadır.
“Əlbəttə ki, axşam bircə dəfə meyvə yeməklə kökələn deyilsiniz. Lakin davamlı axşam saatlarında desert əvəzi meyvə yedikdə sağlamlığınıza zərər verə bilərsiniz”, - dietoloq qeyd edib.
Fus əsas yeməkdən sonra çoxlu meyvə və ya giləmeyvə yeməməyi məsləhət görüb.
"Mədədə qıcqırma prosesi ona görə baş verir ki, insan yemək yedikdən sonra 1 kiloqram albalı yeyir. Deməli, yeyilən albalıdan orqanizmə çoxlu miqdarda fruktoza daxil olur və həzm prosesində köp yaranır. Bu qaz deyil, bu orqanizmə daxil olan çoxlu miqdarda fruktozadır”, - dietoloq xəbərdarlığında bildirib.
Firuzə Alimova / TurpKimi.com